Erməni generala “1 Mart” və ya “27 Oktyabr” işi üzrə ifadəsi qarşılığında azadlığı təklif olunub

2019/11/34534-1572607730.jpg
Oxunub: 31219     17:17     01 Noyabr 2019    
Ermənistan hakimiyyəti hələ ümidlərini itirməyib ki, həqiqətən çox ağır xəstəliyə tutulan keçmiş Manvel Qriqoryan Köçəryana qarşı “1 Mart” hadisələrində ordunun iştirakı ilə bağlı hər hansı ifadə verəcək və ya “27 Oktyabr” haqqında danışacaq.

Bəzi məlumatlara görə, general Manveldə 1999-cu ilin 27 oktyabr axşamı Robert Köçəryan-Nairi Hunanyan görüşünün səsyazması var. Bir çoxlarının iddiasına görə, məhz buna görə bu qədər xəstəlikləri olan general həbsdə saxlanılır.

Bəzən xəstəxanada onu ziyarət edən hökumət emissarları ona məsləhət verir və nümunələr göstərirlər. Qriqoryana azadlıq qarşısında “barter” sxemi təklif olunur, lakin o, razılaşmır.

“Yox, mən artıq öləcəm, mənə azadlıq lazımdır? Budur, bu xəstəxanada da öləcəm”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 1-Mart   27-Oktyabr  


Bizi "telegram"da izləyin