Lakin həm polislər, həm də MTX əməkdaşları sakit qalmağa üstünlük verirlər, çünki “başlarına gələcəklərini” bilirlər. Ermənistan Polis rəisi müavini Hovhannes Köçəryanın istefası hər kəsin gözü qarşısındadır.
Yeri gəlmişkən, məlumatlara görə, Köçəryanı uzaqlaşdırmayıblar, sadəcə yuxarılarla “ağır” söhbəti olub, bundan sonra isə Köçəryan könüllü olaraq sistemdən uzaqlaşmağa qərar verib.
O, polisin “ağır artilleriyası” hesab edilirdi. Köçəryan sistemin bütün “beyin mərkəzi”ni irəli aparmağa, parlamentdə polislə bağlı bütün qanun məsələlərini nümayiş etdirməyə və inkişaf etdirməyə qadir idi.
Məlumatlara görə, bu gün Polis rəisi vəzifəsini müvəqqəti icra edən Arman Sarkisyan Polis rəisi təyin olunacaq, çünki yuxarılar onun işindən hələki razıdır.
Alpər Mövludoğlu
Ordu.az