Ermənistan hərbi komissarı vəzifəsinin müvəqqəti icraçısı, polkovnik Armen Avtandilyan hərbi təlimərdən yayınan şəxslərin cəzalandırılması məsələsini müsbət addım hesab edir.
“Mən bunun tərəfdarıyam”, - deyə o bildirib.
Erməni hərbi ekspert Artur Yeğiazaryanın qanunla nəzərdə tutulmuş qayada hərbi təlimlərdən yayınan şəxslərin cəzalandırılması ilə bağlı qanun lahiyəsinə münasibəti birmənalı deyil.
“Bir tərəfdən düzgündür ki, yayınanlar hər hansı formada məsuliyyətə cəlb olunmalıdır, lakin bu, 30.000, 50.000 dram məbləğdir. Buradan məlum olur ki, varlı şəxslərin övladları ümumiyyətlə getməyəcək, çünki bu, onlar üçün böyük məbləğ deyil, ödəyəcəklər və getməyəcəklər. Belə çıxır ki, yük sosial cəhətdən həssas təbəqələrin üzərinə düşür. Təsəvvür edin, gündəlik əmək haqqı ilə işləyən insandır, o, işini dayandırmalıdır, ailəsini saxlamaq üçün çörək var. Yəni, gündəlik maaşla ailəsini saxlayır və bir də cərimə verməlidir. Bilmirəm, münasibətim birmənalı deyil”, - deyə o bildirib.
Yeğiazaryanın sözlərinə görə, bu, korrupsiya riskini artırır.
“İstənilən hərbi komissarlıqda müxtəlif sayda ehtiyatda olan həm sıravi əsgər, həm də zabit hesablanıb. İndi zəmanət haradadır ki, neçə nəfər çağrılmalıdır və neçəsi çağrılır? Əslində tələb yox idi, lakin daha çox adam çağırırlar və pul qazanırlar. Bu, qanunsuzluq və ya korrupsiya yoludur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az