Şoyqu Prezidentin qəbulunda: "Bu təcrübəni həmkarlarımızla bölüşməyə hazırıq"

2018/07/1198221_1531303953.jpg
Oxunub: 7901     11:55     30 Oktyabr 2019    
"Rusiya və Türkiyə prezidentlərinin Soçidə imzaladığı memorandum asanlıqla həyata keçirilmir, amma görürük ki, bu, sülhün bərqərar olması və Suriyanın suverenliyini qorumaq üçün yeganə yoldur".

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Şoyqu bildirib, Rusiya bu gün beynəlxalq terrorizmlə mübarizədə geniş təcrübə qazanıb.

"Bu təcrübəni həmkarlarımızla bölüşməyə hazırıq. Buraya həm beynəlxalq terrorizmlə mübarizə, həm də humanitar yardım - minalardan təmizlənmə, tibbi yardım və bir çox digər məsələlər aiddir", - o qeyd edib.

Koalisiya hərbi quruluşuna toxunan rusiyalı nazir bu məsələdə gündəliyin olduqca geniş olduğunu ifadə edib: "Əməkdaşlıq birlikdə nəzərdən keçirdiyimiz və təsdiq etdiyimiz plana uyğun olaraq inkişaf edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şoyqu   Suriya  


Bizi "telegram"da izləyin