"Türkiyə neft və hakimiyyət deyil, insan həyatlarını və öz qardaşlarını görən yeganə ölkədir"

2019/01/recep-1546493751.jpg
Oxunub: 27065     09:43     30 Oktyabr 2019    
"Türkiyə milli təhlükəsizlik və məsuliyyətinə gəldikdə icazə istəmədən öz imkanları hesabına istədiyi məqsədlərə çata biləcəyini nümayiş etdirdi".

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli bayramı - Respublika Günü münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, "Sülh bulağı" əməliyyatı, xalq arasında nifaq salaraq Türkiyəni zəiflətmək cəhdlərinin faydasız olduğunu bir daha nümayiş etdirib.

Suriyadakı vəziyyəti şərh edən Ərdoğan qeyd edib: "Son iki həftə ərzində bəlli oldu ki, Türkiyə istisna olmaqla, Suriyaya maraq göstərən hər kəs üçün əsas məqsəd neft sahələrinə nəzarət etməkdir.

Onun sözlərinə görə, Türkiyə Suriyada neft və hakimiyyət deyil, insan həyatlarını və öz qardaşlarını görən yeganə ölkədir.

T.Ərdoğan eyni zamanda Rusiya tərəfinin terror təşkilatlarının təhlükəsizlik zonasından tamamilə çıxması barədə Türkiyəyə məlumat verdiyini bildirib:

"ABŞ və Rusiya ilə 120 saat və 150 ​​saatlıq razılaşmalar başa çatdı. Biz sabah danışıqlar aparmalıyıq", - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Suriya   Barış-Pınarı  


Bizi "telegram"da izləyin