Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb

2019/10/7aed3-1572351666.jpg
Oxunub: 10852     16:22     29 Oktyabr 2019    
Azərbaycan və Belarusun Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb.

Ordu.az xəbər verir ki, əməkdaşlıq Planının imzalanması mərasimi oktyabrın 29-da Bakıda iki ölkənin Müdafiə nazirlərinin görüşünün sonunda keçirilib.

Plan ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələləri nəzərdə tutur.

Qeyd edək ki, oktyabrın 29-da Bakıda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkov arasında görüş olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Belarus   MN  


Bizi "telegram"da izləyin