Çinin gəmi əleyhinə raketləri: Hərbi Dəniz Qüvvələrimiz üçün nələri əldə etmək lazımdır? - HƏRBİ ESKPERT (III YAZI)

2019/10/YJ-62-3145021148.jpg
Oxunub: 1839     10:51     04 Noyabr 2019    
(III yazı. II yazını BURADAN oxuya bilərsiniz)

Sahil mühafizəsinin təchiz edildiyi raketlər müxtəlif bazalarda yerləşdirilməklə, həm suüstü, həm sualtı, həm də yerüstü hədəflərə qarşı istifadə edilə bilər. Bəhs edilən məqalədə "Poly Technologies" şirkətinin istehsal etdiyi sahil mühafizə sisteminin tərkibi və imkanları barədə qısaca məlumat verilmişdi. Məqalənin sonuncu hissəsində isə bu silah sistemi və istifadə etdiyi raketlər barədə daha ətraflı məlumat verəcəyik.

YJ-62

2005-ci ildə Çin qanadlı raketinin gəmi əleyhinə versiyası YJ-62 (S-602) nümayiş olundu. "Poly Technologies" şirkətinin istehsal etdiyi sahil mühafizə sistemi müxtəlif komanda və idarəetmə sistemlərindən, yerüstü sensorlardan, hava hücumundan müdafiə silahlarından və sahil gəmi əleyhinə raket kompleksdən ibarətdir.

Sahil mühafizə sisteminin gəmi əleyhinə imkanları atəş məsafəsi 40 ilə 400 km arasında dəyişən milli YJ-62 raketləri ilə təmin olunur.

S-602 raketləri isə YJ-62 raketlərinin ixrac versiyasıdır, onların bir çox xüsusiyyətləri eynidir, lakin Raket Texnologiyalarına Nəzarət Rejimi (MTCR) qaydalarına riayət etmək üçün ixrac versiyalı raketlərin maksimum atəş məsafəsi 280 km-ə qədər mədudlaşdırılıb.

Sahil Mühafizəsinin Hava Hücumundan Müdafiə bölmələrinin tərkibinə isə 35 mm-lik zenit artilleriya qurğusu, daşınan FN-16 ZRK-sı və mobil FB-6A kompleksi daxil ola bilər. Sistemə əlavə olaraq atəş məsafəsi 15 ilə 125 km arasında dəyişən LY-60D, LY-80 və FD-2000 zenit raket kompleksləri də inteqrasiya edilə bilər.

YJ-62/C-602

Çinin "Poly Technologies" şirkətinin istehsal etdiyi sahil mühafizə sisteminin nomenklatura üzrə adlandırılması, digər silah sistemlərindən fərqlənir. Bəhs edilən sahil mühafizə sistemi istifadə etdiyi bazanın şassisinə, tərkibinə və ya atıcı qurğunun tipinə görə deyil, istifadə etdiyi raketin tipinə görə fərqləndirilir. Burada mənə tam aydın olmayan digər məqamlar da mövcud ola bilər.

Adı çəkilən şirkətin sahil mühafizə sisteminin tərkibi kifayət qədər genişdir və özündə bir neçə fərqli təyinatlı silahları birləşdirir. Buraya radiolokasiya stansiyaları, peyklər, təyyarələr, optik elektron sistemlər və onlara real zamanda məlumat ötürən PUA-lar daxil ola bilər. Başqa sözlə, sistem açıq arxitekturaya malik olduğuna görə, sahil mühafizəsinə cavabdeh olan qurum, çıxış əldə edə biləcəyi və inteqrasiya imkanı mövcud olan sistemləri toplayaraq, onları eyni şəbəkəyə inteqrasiya edə bilər. Sistemin atəş gücünü müxtəlif təyinatlı müasir zenit və sahil artilleriya qurğuları, pilotsuz və pilotlu aviasiya vasitələri təmin edir.

Hazırlanması və təyinatı

YJ-62 gəmi əleyhinə qanadlı raketlər sinifinə aiddir, ilk dəfə 2006-cı ilin sentyabrın 20-də Cənubi Afrikanın Keyptaun şəhərindəki Easterplat aviabazasında keçirilən Afrika Aerokosmik və Müdafiə Sənayesi sərgisində təqdim edilib.

2008-ci ildə isə yerüstü YSC-62 ASCM versiyasının hazırlanması və modernləşdirilməsi başa çatdı. Yeni raketin atəş məsafəsi 240 km-dən çox oldu. 2009-cu ilə qədər Çin Hərbi Dəniz Qüvvələri Tayvanın qarşısındakı Fujian əyalətindəki hərbi bazada 120 ədəd YJ-62C raketlərini yerləşdirdi.

Mütəxəssislərin fikrincə, YJ-62-nin hazırlanmasında Çin şirkətləri Əfqanıstan və İraqdan əldə edilən "Tomahawk" raketinin, həmçinin Ukraynadan alınan SSRİ-nin X-55 raketinin komponentlərindən və texnologiyasından istifadə edib.

Bu raketlərin üstün cəhətləri onların mürəkkəb REM şəraitində yerüstü, suüstü, sualtı və aviasiya vasitələrinə yerləşdirilməklə, quru və dəniz hədəflərinə qarşı, gecə və gündüz, istənilən meteoşəraitdə tək və ya yaylım atəşində istifadə üçün yaralı olmasından ibarətdir.

Quruluşu

YJ-62 raketi təyyarə sxeminə görə hazırlanır, silindrik korpusun ön hissəsi axımlı formadadır, mərkəzi hissədə qatlanan və gövdənin daxilinə nüfuz edən qanadlar, quyruq hissədə isə qatlanan X şəkilli sabitləşdirici yerləşir.

Raket kiçik ölçülü WS-500 turbo mühərriki ilə təchiz edilir. Mühərrikin kütləsi təxminən 200 kq, dartı qüvvəsi 510 kq-dır. Trapesiya formalı hava qəbuledicisi korpusun aşağı hissəsində yerləşir. Gəmi və quru versiyalarında raket marş mühhəriki ilə birgə çalışan tək kameralı sərt yanacaqlı start mühərriki ilə təchiz edilir.

YJ-62 müxtəlif döyüş başlıqları ilə dəstləşdirilə bilər. Gəmi əleyhinə versiyada elektron partlayıcı ilə 300 kq-lıq nüfuzedici fuqas döyüş başlığından istifadə edilir.

YJ-62 idarəetmə sisteminə aktiv radiolokasiyalı özütuşlanan başlıq, ətalətli naviqasiya sistemi, radioaltimetr və enerji təchizat bloku daxildir. Trayektoriyanın ilkin hissəsində raket ətalətli sistemin idarəetməsi altında hərəkət edir. YJ-62 raketləri üçün bu idarəetmə sistemi GLONASS peyk naviqasiya qəbuledicisi və Çinin "Compass" milli peyk yerləşdirmə sistemi ilə tamamlanır, C-602 ixrac versiyası isə GPS qəbuledicisindən istifadə edir. Hazırda "Compass" sistemi yalnız Asiya və Sakit Okeanın bir hissəsini əhatə edir, lakin təxminən beş il ərzində qlobal miqyasda istifadəsi planlaşdırılır.

Trayektoriyanın son hissəsində isə tuşlanma X diapazonlu, təkimpulslu aktiv radiolokasiyalı özütuşlanan başlıqdan istifadə edilərək həyata keçirilir.

Bəzi mənbələr Çinin bu başlıqları Pakistan Hərbi Hava Qüvvələrinin F-7PG çoxməqsədli aviasiya vasitələrinin modernləşdirməsi zamanı istifadə edilən İtaliyanın "Grifo-7" radarlarından kopyalandığını iddia edirlər. YJ-62 raketlərinin radiolokasiya kəşfiyyat təyyarə və helikopterlərindən hədəf təyinatı ala biləcəyi və uçuşda digər hədəflərə yönləndirildiyi də məlumdur.

YJ-62 gəmi əleyhinə qanadlı raketləri "Tomahawk" RGM-109 raketləri ilə bənzər bir konfiqurasiyaya malik olduğu üçün onları ABŞ məhsulunun Çin versiyası adlandırmaq da mümkündür.

"Tomahawk" ilə müqayisədə, YJ-62 idarəetmə qanadları qaz borusunun qarşısında X deyil, T-şəklində yerləşdirilib və bir qədər kiçikdir. Hava girişi olduqca böyük və sabitdir.

YJ-62/C-602 - havadan, qurudan və ya dənizdən atıla bilən orta mənzilli qanadlı raketdir. YJ-6 ailəsinin inkişaf etdirilən versiyası olsa da, oxşarlığı çox azdır. Hər bir raket 300 kq zirehli-partlayıcı döyüş başlığı daşıyır. C602 ixrac versiyasında isə qanadlar geri qatlana bilir, sabit hava girişi raketin ön tərəfində, çarpaz quyruq pərlərinin bir az qarşısında quraşdırılır.

Turboreaktiv mühərrikindən istifadə edən raket maksimum məsafəyə atəşi təmin edir. YJ-62 yüksək səsə qədər sürətə malikdir, maksimum uçuş sürəti təxminən 0.9 Maxa bərabərdir. Uçuş yüksəkliyi 30 metrdir, lakin uçuşun son mərhələsində raket 7-10 metrə qədər enə bilir ki, bu da ona müasir RƏM sistemlərindən yayınmağa imkan verir.

YJ-62 çevik təkimpulslu RLS-ə malik Çin gəmi əleyhinə raketlərin aktiv radiolokasiya tuşlama sistemindən istifadə edir. Standart sahil mühafizə batareyası hər biri 3 ədəd raketlə təchiz edilən 4 ədəd atıcı qurğudan, idarəetmə və dəstək vasitələrindən ibarətdir.

YJ-62/C-602 raketlərinin atıcı qurğuları gəmilərin hər birində 4 konteyner olmaqla cüt şəkildə yerləşdirilir. Təkərli şassidə isə hər bir maşında 3 konteynerdən istifadə edilir. Hazırda YJ-62 raketləri Çin sahil mühafizə komplekslərində və suüstü gəmilərdə istifadə olunur. Sahil mühafizə sisteminin atıcı qurğusu 22 ton yükdaşıma qabiliyyətli və 8x8 təkər formulalı yük maşınının modifikasiya edilən şassisinə quraşdırılır.

Tipik bir sahil mühafizə batareyasının tərkibinə dörd ədəd atıcı qurğu, batareyanın komanda məntəqəsi, nəqliyyat-yükləmə maşını və texniki xidmət nəqliyyat vasitəsi daxildir.

İstifadəçiləri

2009-cu ilin sonuna qədər Pakistan Hərbi Dəniz Qüvvələrinin 120 ədəd C-602 uzaqmənzilli gəmi əleyhinə raketlərin eksport versiyasını əldə etdiyi də məlumdur. Pakistanın bu raketlərlə Hindistanın suüstü gəmilərinə quraşdırılan “BrahMos” raketləri ilə tarazlığı bərpa etdiyi ehtimal olunur.

Taktiki-Texniki Xüsusiyyətləri

YJ-62 yerüstü hədəflərinin məhv edilməsinə imkan verən alternativ bir tuşlama başlığı ilə təchiz oluna bilər. Raket bir ədəd turboreaktiv, bir ədəd isə sərt yanacaqlı mühərriklə təchiz edilir.

- Çapı 533 mm;
- Başlanğıc kütləsi 1140 kq (daşıyıcısız);
- Gücləndirici ilə kütləsi 1350 kq;
- Gücləndiricinin kütləsi 210 kq;
- Döyüş başlığının kütləsi 300 kq;
- Raketin uzunluğu 6.1 m;
- Gücləndirici ilə uzunluğu 7 m ;
- Maksimum sürəti 0.9 Max;
- Maksimum atəş məsafəsi 280 km;
- Uçuş yüksəkliyi ilkin və orta mərhələdə 30 m; son mərhələdə 7-10 m;
- Naviqasiya rejimi ətalətli + GPS, aktiv radar terminalı.

YJ-18

Çin sahil mühafizə qüvvələrinin istifadə etdiyi digər bir yeni gəmi əleyhinə effektiv vasitə YJ-18 (YingJi - Qartal deməkdir) raketləridir.

Çin donanması tərəfindən qəbul edilən ən müasir gəmi əleyhinə raketlər mənz YJ-18 hesab edilir. Bu raket haqqında çox az məlumat mövcuddur, çünki onlar heç zaman beynəlxalq sərgilərdə nümayiş etdirilməyib və xarici müştərilərə təklif edilməyib. 1 oktyabr 2019-cu ildə Pekində Çin Xalq Respublikasının (ÇXR) qurulmasının 70 illiyi şərəfinə keçirilən hərbi paradda yerüstü gəmilər və sualtı qayıqlar üçün hazırlanan YJ-18 və YJ-18A gəmi əleyhinə raketləri yük maşınları üzərində, atıcı qurğusu olmadan ilk dəfə nümayiş olunsa da, raket barədə geniş məlumatlar verilmədi.

Yeni raket desant birliklərinin hücum qüvvələrinin, gəmi karvanlarının, dəniz və aviasiya hücum qruplarının tərkibinə daxil olan müxtəlif sinif yerüstü gəmiləri, habelə intensiv atəş və elektron müdaxilə şəraitində tək gəmiləri və yerüstü radiokontrasta malik hədəfləri məhv etmək üçün hazırlanıb. Yeni səsdən sürətli gəmi əleyhinə raket YJ-18 şaquli istiqamətdə buraxıldıqdan sonra turboreaktiv mühərrik raketə təxminən 180 kilometr məsafəni 0.8 Max uçuş sürətində inkişaf etdirməyə imkan verir, bundan sonra döyüş başlığı korpusdan ayrılır və 40 km məsafədə 2.5-3 Max sürəti əldə edilir.

YJ-18 raketi 290 dəniz mili məsafəsində hədəfləri vurmağa imkan verir. Raket saatda 600 mil sürətlə uçur. 0.8 Max sürət son hədəfə yaxınlaşma mərhələsində 3 Maxa qədər yüksəlir, bu isə düşmənə raket hücumuna cavab şansı vermir.

Uçuşun səsə qədər sürətlə keçən mərhələsi yanacağa qənaət edilməsinə və hücum radiusunu artırmağa imkan verir. YJ-18-in okeanın səthindən bir neçə metr yüksəklikdə uçması onun radarlardan yayınmasına da imkan verir. YJ-18 raketləri müxtəlif növ gəmilərdən və sualtı qayıqlardan buraxılmaq üçün əlverişlidir. YJ-18A raketi hazırda 052D layihəsinin raket esmineslərinə yerləşdirilir, gələcəkdə isə 055 layihəli gəmilərin də bu raketlərlə təchiz edilməsi gözlənilir. YJ-18B versiyasının isə sualtılarda və sahil mühafizə sistemlərində yerləşdirilməsi planlaşdırılır. 2015-ci ilin yayında, Çin sahillərində yeni YJ-18 raketi yerləşdirilən 8x8 təkər formulalı çoxməqsədli şassidə hərəkət edən kompleks ilk dəfə qeydə alındı. Mobil atıcı qurğuda iki ədəd raket konteyneri mövcuddur.

Taktiki-Texniki Xüsusiyyətləri

Atəş məsafəsi 530 km-ə qədər;
İkin mərhələdə uçuş sürəti 0.8 M;
Son mərhələdə uçuş sürəti 2.5-3 M.

CX-1

11-16 noyabr 2014-cü il tarixlərində Zhuhai şəhərində keçirilən aerokosmik salonda Çin ictimaiyyətinə ilk dəfə CX-1 (Chaohun-1) gəmi əleyhinə raketi təqdim edildi. Görünür hələ də sahil raket kompleksləri üçün hazırlanan CX-1 raketinin sınaqdan keçirilməsi prosesi gedir. Mobil şassi üzərində quraşdırılan atıcı qurğu iki raket daşıyır. Gələcəkdə CX-1 böyük suüstü gəmilərin silahlanmasının bir hissəsi ola bilər.

Çinin CCTV televiziya kanalından verilən məlumata görə, saatda 3600 km sürətini inkişaf etdirən gəmi əleyhinə raket, 40 ilə 280 km arasındakı yerüstü və suüstü hədəflərə zərbə endirmək üçün istifadə edilə bilər. Bununla bərabər bu göstəricilərin maksimal diapazonunun Raket Texnologiyalarının Tətbiqinə Nəzarət Beynəlxalq Rejiminin (MTCR) məhdudiyyətlərini keçməməsi üçün daha aşağı təqdim edilməsi də mümkündür. Suüstü hədəfləri məhv etmək üçün hazırlanan 260 kq-lıq döyüş başlığı, yer hədəflərini məhv etmək üçün zirehdələn fuqas və ya qəlpəli fuqas başlıqla da əvəz edilə bilər.

Mütəxəssislər Çinin CX-1 gəmi əleyhinə raket sisteminin, Rusiyanın P-800 "Oniks" və Rusiya-Hindistan birgə istehsalı "BrahMos" raketləri ilə ümumi xüsusiyyətlərinə diqqət çəkirlər. Məlumdur ki, Rusiya bu raketləri Çinə satmayıb, lakin Suriyaya, İndoneziyaya və Vyetnama tədarüklər edib. Rusiya mediası bu ölkələrdən birinin raketlərini Çin ilə "bölüşməsinin" mümkünlüyünə daha çox inanır. Bu iddialar 20 il əvvəl üçün bəlkə də inandırıcı səslənirdi, lakin müasir dövrdə dünyada icad edilən hər iki texnoloji yenilikdən birinin Çinə aid olduğunu nəzərə alsaq, Rusiya mediasının bu mövzuda haqlı olmadığını görərik.

Nəticə

Hazırda Çin geniş çeşiddə gəmi əleyhinə raketlər hazırlayır, onlardan bəziləri dizayn və ya sınaq mərhələsində olduğu üçün onlar barədə bu məqalədə bəhs edilmədi. Qeyd etmək lazımdır ki, Çin müdafiə sənayesi, daxili istehsal və texnoloji imkanları sayəsində xarici modellərdən ən yaxşılarını əldə edərək, onlardan daha üstün versiyalar yaratmaq kimi unikal və çox qiymətli bir qabiliyyətə malikdir. Çinli mühəndislərinin yaxın gələcəkdə bizi nə ilə təəccübləndirəcəyini yalnız ehtimal etmək mümkündür, çünki Çinin gəmi əleyhinə raketlərin yaradılması və sınanması tempi hazırda misli görünməmiş səviyyədədir.

Hərbi əməliyyatlar təcrübəsinə görə, Çinin maye yanacaqlı birinci nəsil gəmi əleyhinə raketlərinin texniki etibarlılıq əmsalı 0,75-i keçmirdi. Hazırda xarici müştərilər tərəfindən aparılan sınaq atəşində bu parametr 0.9-a yüksəlib, bu isə Çin raketlərinin etibarlılığının artırılması istiqamətində ciddi irəliləyiş əldə edilməsi deməkdir.

2000-ci illərin əvvəllərində Çin KP-nin Mərkəzi Komitəsi mürəkkəb müdafiə məhsullarında yalnız yerli materialların və komponentlərin istifadəsinə dair qərar qəbul etdi. Hazırda raket silahlarının əksəriyyətində 100% Çin istehsalı elektronika və proqram təminatından istifadə edilir. Bunlar əsasən tədqiqat, istehsal və maddi bazaya ciddi investisiyaların qoyulması nəticəsində baş verdi.

Bu gün Çin donanması dünyanın ən güclülərindən biridir. Döyüş gəmilərinin inşası, müasir elektron sistemlərin və silahların yaradılması sahəsində keyfiyyətcə sıçrayış təqribən 10 il ərzində baş verdi. Əgər 90-cı illərdə və 2000-ci illərin əvvəllərində Çin Rusiyada esmineslər və dizel sualtı qayıqları sifariş verirdisə, indi yalnız gəmidə yerləşən hava hücumundan müdafiə sistemlərinin yalnız bəzi detallarının məqsədyönlü alış-verişini həyata keçirir. Hətta Rusiyanın ilk yeni avaidaşıyıcısının Çində hazırlanması da müzakirə mövzusu idi.

Hazırda Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri sürətli inkişaf edir. Mövcud vəziyyətdə Çin donanması, DF-21D sahil ballistik raketlərindən istifadə etmədən belə istənilən Asiya-Sakit okean ölkəsi ilə mübarizə aparmağa qadirdir. Hələlik Çin ilə hərbi dəniz qüvvələri və onun silahlanması sahəsində ABŞ və Rusiyadan başqa paritet təşkil edə biləcək real qüvvə mövcud deyil.

Çin Hərbi Dəniz Qüvvələri yaxın gələcəkdə öz sahillərindən bir neçə min dəniz mili məsafəsində əməliyyatlar aparmaq və rəqibləri üzərində keyfiyyət üstünlüyü əldə etmək üçün üçün yeni gəmi əleyhinə raket kompleksləri, kəşfiyyat və hədəfgöstərmə vasitələri yaratmağa davam edirlər. Öz donanmasının silahlanmasında istifadə olunan, xarici müştərilərə təqdim olunan və beynəlxalq aerokosmik salonlarda nümayiş olunan nümunələrə baxdıqda, Çinin bu sahədə uğurlarının davamlı olacağına şübhə qalmır.

Mənbələr:

https://topwar.ru/87920-kitayskie-protivokorabelnye-rakety-chast-1-ya.html
https://topwar.ru/87925-kitayskie-protivokorabelnye-rakety-chast-2-ya.html
https://www.globalsecurity.org/military/world/china/images/yj-62-missile-ani-2.gif
https://www.globalsecurity.org/military/world/china/c-602.htm
http://rbase.new-factoria.ru/missile/wobb/c-602/c-602.shtml
https://bmpd.livejournal.com/1419690.html
http://nevskii-bastion.ru/missiles-yj-18-china/
https://rg.ru/2019/04/29/v-kitae-ispytali-protivokorabelnuiu-giperzvukovuiu-raketu.html

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   HDQ   Azərbaycan   YJ-62  

Çinin gəmi əleyhinə raketləri: Hərbi Dəniz Qüvvələrimiz üçün nələri əldə etmək lazımdır? - HƏRBİ ESKPERT (III YAZI)

2019/10/YJ-62-3145021148.jpg
Oxunub: 1840     10:51     04 Noyabr 2019    