“Müharibə zamanı milli daşıyıcıya malik olmaq vacibdir” - Revazyan

2019/10/345-1572335932.jpg
Oxunub: 12108     15:40     29 Oktyabr 2019    
“Mülki Aviasiya Komitəsinin əsas funksiyası milli daşıyıcı yaratmaq deyil, lakin bir çox xidmətlərimiz var ki, onlar yerli daşıyıcıya malik olmaqla əlaqəlidir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Mülki Aviasiya Komitəsinin sədri Tatevik Revazyan bildirib.

O qeyd edib ki, əgər şəxsi təyyarələrin milli daşıyıcısı varsa, müharibə zamanı milli daşıyıcıya malik olmaq vacibdir.

“Əgər müharibə başlasa, şirkətlər öz təyyarələri haqqında düşünəcəklər, zərər çəkmək istəməyəcəklər və çətin ki, Ermənistana uçsunlar. Milli daşıyıcıya malik olmaq bu məsələni tamamilə həll etmir, çünki bu, təyyarələrin Ermənistanın olması, yoxsa lizinqlə götürülməsindən asıldır. Əgər lizinq edilirsə, lizinq verən həmin şirkət tələb edəcək ki, təyyarə uçmasın. Yəni, biz öz aviaşirkətlərimizi yaratmaq üçün təyyarələrimizi yaratmağı düşünməliyik”, - deyə Revazyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   HHQ  


Bizi "telegram"da izləyin