"Bu il ölkə sərhədini pozan 1989 nəfər saxlanılıb" - General-mayor

2019/08/23423-1565956507.jpg
Oxunub: 25677     15:53     16 Avqust 2019    
"Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 10 min 989 sərhəd pozucusu, 160 min 428 nəfər rejim pozucusu saxlanılıb".

Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov deyib.

E.İbrahimovun sözlərinə görə, keçirilən əməliyyatlar nəticəsində bu müddət ərzində 37789 nəfər axtarışda olan şəxs saxlanılıb: "Həmçinin, 6 ton 372 kq narkotik maddənin qanunsuz olaraq ölkəyə keçirilməsinin qarşısı alınıb. 91 nəfər terrorçuluqla məşğul olmaqda təqsirləndirilən şəxs saxlanılıb. Qaçaqmalçılıqla məşğul olan 150-dən artıq dəstə zərərsizləşdirilib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX  


Bizi "telegram"da izləyin