Ermənistanda Azərbaycana qaçmış əsgərə görə 8 zabit dindirilib

2019/08/14014-1565950752.jpg
Oxunub: 14436     14:37     16 Avqust 2019    
İşğal altında olan Qarabağdakı qanunsuz hərbi hissələrin birində qulluq edən 8 zabit hərbi polisdə istintaqa cəlb olunub və araşdırma aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, sıravi əsgərə qarşı qeyri-qanuni münasibət faktları Ermənistan ordusunda həmişə mövcud olub.

“İstintaq Komitəsindən sərhəd pozuçusu Arayik Qazaryanın işi üzrə heç bir həbs olunan və ya nəzarət altına alınmış şəxsin olmaması ilə bağlı məlumat verilməsinə baxmayaraq, Ermənistan Cinayət Məcəlləsinin 362-ci maddəsinin 2-ci hissəsi və 359-cu maddəsinin 1-ci hissəsi ilə ittiham edilən cinayət işi üzrə təşkil olunan istintaq əməliyyatları nəticəsində bir sıra detallar ortaya çıxıb. Rəsmi məlumata görə, 12.08.2019 tarixində, saat 10:30 radələrində, Aram Qazaryan tərəfindən döyüş mövqeyinin tərk edilməsinə qədər, sözügedən hərbi qulluqçunun boyun hissəsində, baldır hissəsində və ya bədəninin digər hissələrində müxtəlif bədən xəsarətləri olmayıb, lakin bəzi mənbələrin başqa iddiaları var.

Əldə olunan məlumatlara görə, Arayik Qazaryanla eyni hərbi hissədə qulluq edən 8 zabit hərbi polisdə istintaqa cəlb olunub və araşdırma aparılır. Sıravi əsgərə qarşı qeyri-qanuni münasibət faktları yoxlanılır”, - deyə “Hraparak” yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dedovşina   Fərarilik  


Bizi "telegram"da izləyin