Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Vahid Ermənistan partiyası”nın sədri, Vahan Badasyan erməni KİV-lərinə verdiyi müsahibəsində Movses Hakobyanın açıqlamalarına toxunarkən deyib.
“Həqiqətən Hakobyan səmimi şəkildə həqiqəti etiraf edib, buna hüquq mühafizə orqanları qiymət verməlidir. Faktiki olaraq, Hakobyan və Oqanovski səmimidir. Onlar əmr icra edib, İrəvan şəhərinə qoşun gətirərək, daha sonra yerində daxili siyasi proseslərdə istifadə ediblər. Əslində, Hakobyanı və digər hərbçiləri niyə qoşun gətirib, vurub, dağıdıb, viranə qoymaqları barədə məsələlər heç maraqlandırmayıb. Onlar əmr icra ediblər. Hüquq mühafizə orqanları məşğul olmalıdır, bu olduqca aydındır. Əmr verənlər isə müəyyən edilib və həbsdədir”, - deyə Badasyan bildirib.
O, eyni zamanda hesab edir ki, əmrin yerinə yetirilməsi də onları məsuliyyətdən azad etmir: “Hərbçi, vətənə xəyanətdən və vətənə qarşı fəaliyyətdən başqa bütün əmrləri yerinə yetirməyə borcludur. Yüksək vəzifəli nazir və general bilməlidir ki, hansı əmr nə üçündür. İstənilən halda onlar əmri icra ediblər. Əmr icra edənlərin cəzası, əmr verənlərin cəzasından daha yüngül olacaq. Belə bir əmrin icrası cinayətkarlıqdır, belə əmrin verilməsi isə dövlət cinayətidir”.
Badasyan Qarabağdan İrəvana qoşun gətirilməsi nəticəsində itirilən və daha sonra yenidən ələ keçirilən döyüş mövqelərinin detallarına, belə bir əmrlə cəbhənin zəiflədilməsi məsələsinə də münasibət bildirib.
Buna cavab olaraq “Mən xatırlayıram, deyəsən bu fakt şimal istiqamətində bir neçə mövqeni itirdiyimiz mart ayının 4-də baş verib. Lakin bir neçə saat sonra əsgərlərimiz həmin mövqeləri yenidən ələ keçiriblər. Xatılayırsınızmı, ayın 1-dən sonra böyük proseslər baş verdi. Xalq baş verənlərlə barışmırdı, tələb edirdi ki, əmr verənləri, bütün cavabdeh şəxsləri məsuliyyətə cəlb edilsinlər. Əgər diqqət etsəniz, artıq inqilabdan sonra əvvəlkindən fərqli olaraq, cəbhədə bir o qədər də gərginlik olmayıb”, - deyə erməni partiya sədri vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az