“1 Mart” işində bomba kimi partlayış: Yeni adlar və detallar

2019/08/00-27-1565341569.jpg
Oxunub: 1179     15:09     09 Avqust 2019    
Nüfuzlu BBC şirkətinin rus xidmətinin ötən gün yaydığı “1 Mart” cinayət işi üzrə materialları nəinki qalmaqallı, hətta Ermənistanın keçmiş hakimiyyət sisteminə qarşı əsl bombadır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sayt, 2008-ci ilin mart günlərində işğal altında olan Qarabağdakı Ermənistan ordusunun həmin dövrdəki “hərbi birləşmə komandiri”nin müavini olan Samvel Karapetyanın (Oqanovski ləqəbli) rəhbərliyi altında, 10 qətli törədən və Qarabağdan gətirilən 20 nəfərlik qrupun Ermənistanda olduğunu müəyyən edib.

BBC iddia edir ki, Oqanovskinin silahlı dəstəsi yalnız Ermənistanda olmaqla kifayətlənməyib, Bağramyan 26 ünvanında (Ermənistan prezidentinin iqamətgahı olan ünvan-red.) prezident administrasiyasının binasında olub.

Saytın yayımladığı məlumatlara görə, Robert Köçəryan və Serj Sarkisyan mütəmadi olaraq Qarabağdan gələn dəstənin görüşünə gediblər. BBC, həmçinin bildirir ki, Qarabağdan gələn silahlı dəstəni oliqarxlar Qaqik Tsarukyan və Samvel Aleksanyan maliyyələşdirib. Nüfuzlu nəşr 10 ildən artıqdır ki, ermənilərə məlum olan, lakin havadan asılı qalmış həqiqəti yazır. Bunlar informasiyadır və “1 Mart” cinayətinin araşdırılması nəticəsində hüquqi qiymət verilməli və məhkəmə hökmündə əks edilməlidir. Bu məlumat əslində 20 il davamlı olaraq Ermənistanda iqtidar olan və Qarabağın yuxarı dairələrinə də nüfuz edən bir sistemin əsl simasını nümayiş etdirir.

Bu, keçən illər ərzində “Qarabağ klanı”, “cinayətkar oliqarxlar”, “ələ keçirilmiş hakimiyyət” və digər adlar qoyulan hakimiyyətdir. Bu özünü qorumaq və yenidən təmsil olunmaq naminə öz xalqını öldürməyə hazır olan və öldürən sistemdir. Ona görə də “1 Mart” qətllərini törədən zəncir bu sistemin bütün dairələrini, ali hakimiyyət, ordu birləşmələri, oliqarxlar, cinayətkar elementlər də daxil olmaqla əhatə edir.

BBC-nin yaydığı məlumatla görə, növbəti dəfə, lakin dünya üzrə nüfuzlu informasiya mənbəyi tərəfindən Ermənistanda 20 il hakimiyyətdə olan klanların simaları ifşa edilir. Lakin maraqlıdır yayılan məlumat, Paşinyanın Ermənistandakı dövlət institutlarına verdiyi qiymətlə eyni vaxta düşdü. Avqust ayının 4-də Paşinyan bəyan edib ki, ölkə institutların böhran keçirdiyi və sistemin iflic olduğu vəziyyətdə olub. BBC-nin açıqlaması sanki Paşinyanın məlum bəyanatını doldurmağa hesablanıb. Bununla da iflic olmuş bu sistemin nəyə xidmət etdiyi, illərlə hansı problemləri həll etdiyini göstərməyə çalışırlar.

Bu məsələdə başqa bir problem də var. Paşinyan hazırda böhranı qeydə alanın rolunda çıxış edib. Onun bəyanatlarının nəticələri olmayıb. Ölkəni istitusional böhran vəziyyətinə çatdıran hər hansı məmur məsuliyyətə cəlb edilməyib. Ermənistan iqtisadiyyatının ana sütununu, mövqelərinin bir qədər sarsılması halında iqtisadi həyatı iflic edə biləcək oliqarxlar təşkil etməkdə davam edir. Əslində bu, Paşinyanın yayındığı keçmiş hakimiyyətin fəaliyyətinə veriləcək, hüquqi siyasi qiymətdir.

Yeri gəlmişkən, “1 Mart” hadisələri bu məsələdə xüsusi önəm daşısa da, yeganə hal deyil. “1 Mart” keçmiş hakimiyyət sisteminin yol verdiyi cinayətlərin sadəcə daha qatı ifadəsidir. “1 “Mart” cinayətinin əsl ifşası yalnız sabiq iki iqtidarın, onlara xidmət edən formal və qeyri-formal sistemlərin fəaliyyətinin tam dəyərləndirilməsi, onun ardınca açılacaq cinayət işləri baş tutduqda mümkün olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   1-Mart   BBC  

“1 Mart” işində bomba kimi partlayış: Yeni adlar və detallar

2019/08/00-27-1565341569.jpg
Oxunub: 1180     15:09     09 Avqust 2019    