“Dəniz kuboku - 2019” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı keçirilib - VİDEO+FOTOLAR

2019/08/0ca4c-1565280238.jpg
Oxunub: 14627     19:25     08 Avqust 2019    
“Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsi çərçivəsində hərbi dənizçilər arasında voleybol yarışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Azərbaycan hərbi dənizçiləri voleybol yarışında da qalibiyyətlərini davam etdirib. Belə ki, dostluq turnirinin yekununa görə Azərbaycan birinci, Qazaxıstan ikinci, İran üçüncü, Rusiya komandası isə dördüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, “Fəxri Fərman”lar və hədiyyələr təqdim edilib.

Tədbirin sonunda xatirə fotosu çəkdirilib.






Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ordu  


Bizi "telegram"da izləyin