Naxçıvanda bölük, batareya komandirləri və müavinləri ilə toplantı keçirilib - VİDEO
Oxunub: 8362
19:44
08 Avqust 2019
Komandir hazırlığı sistemi çərçivəsində Əlahiddə Ümumqoşun Orduda bölük, batareya komandirləri və müavinləri ilə növbəti toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, nəzəri və praktiki məşğələlərin keçirildiyi üçgünlük toplantıda əsas məqsəd zabitlərin ixtisas hazırlıqlarının təkmilləşdirilməsi olub.