ƏUO-da Heydər Əliyev adına AAHM-nin bir qrup məzunları ilə görüş keçirilib - VİDEO+FOTOLAR
Oxunub: 5981
19:50
08 Avqust 2019
Əlahiddə Ümumqoşun Orduda iyirmi il əvvəl Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən və hazırda Naxçıvan Qarnizonu qoşunlarında xidmət edən zabitlərin bir qrupu ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, əvvəlcə zabitlər ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə tər gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Muzeyi ziyarət edən zabitlər ümummilli liderimizin ana Vətənimiz Azərbaycana həsr etdiyi mənalı ömür yolunu özündə əks etdirən eksponatlarla yaxından tanış olublar.
Sonra Ali Hərbi Məktəbin 1999-cu il məzunları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.