Ermənistanda dələduz generallar ifşa edilib

2019/08/timth-1565264491.jpg
Oxunub: 15473     16:39     08 Avqust 2019    
Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbi qulluqçulara qarşı dələduzluq edən generalları ifşa edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentində CM-nin müvafiq maddələri üzrə S.Arman və Q.Hraçya adlı vətəndaşlara qarşı cinayət işi açılıb.

Məlum olub ki, hər iki şəxs külli miqdarda pul mənimsəməkdə və dələduzluqda ittiham edilirlər. Əldə edilən məlumatlara əsasən, hər iki adları çəkilən şəxs işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrinə baş çəkərək, əsgərlərlə tanış olub, geniş əhatə dairəsi olan general qohumlarının olması barədə əsgərləri inandıra biliblər. Onlar əsgərlərin xidmət şəraitinin yaxşılaşdırılması, taborlar arasında yerdəyişmə, hospitalda müayinə və müalicənin təşkil edilməsi, həmçinin hərbi xidmətdən azad edilməsi kimi məsələlərdə köməklik göstərə biləcəklərini qeyd ediblər.

Bu xidmətlərin müqabilində 2018-ci ilin sentyabr ayından 2019-cu ilin may ayınadək, saxta generallar əsgər valideynlərindən 5000 dramdan 5000 dollaradək pul alaraq mənimsəyiblər. Bundan başqa adları çəkiləndən S.Arman adlı dələduz tərəfindən Rusiya Federasiyasında hüquq mühafizə orqanları ilə problemi olan başqa bir tanış şəxsin işində yardım edilməsi məqsədilə İrəvandakı vasitəçidən külli miqdarda rus pulu alaraq mənimsədiyi aşkar edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Saxtakarlıq   Korrupsiya  


Bizi "telegram"da izləyin