BBC-dən “1 Mart” işi üzrə eksklüziv məlumatlar: “Nümayişçilərə atəş edilməsi əməliyyatına Oqanovski rəhbərlik edib”

2019/08/Ogano-1565261085.jpg
Oxunub: 5347     14:44     08 Avqust 2019    
Böyük Britaniyanın BBC telekanalı 2008-ci il “1 Mart” hadisələri ilə bağlı geniş məqalə dərc edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, istintaq sənədlərinə eksklüziv şəkildə giriş əldə edilib.

Həmin mənbəyə əsasən bildirilir ki, Ermənistanın yeni tarixində ən faciəli hadisələrdən biri olan cinayət işinin istintaqı hesab edir ki, nümayişçilərə atəş açılması əməliyyatına general-mayor Samvel Karapetyan ("Oqanovski" ləqəbli) rəhbərlik edib. Bundan başqa BBC-nin əlində olan müəyyən istintaq sənədlərində əsas rol oynayanlar kimi, sabiq iki prezident və nüfuzlu sabiq iki deputat iş adamının adları qeyd olunur.

Xatırladaq ki, cari ilin aprelin 2-də işğal altında olan Qarabağdakı erməni ordusunun “hərbi birləşmə komandiri”nin müavini, döyüşçülər birliyinin sədri general-mayor Samvel Karapetyan vəzifəsindən istefa verməsi barədə məlumat verib. Mətbuatdakı məlumatlara görə o, “1 Mart” cinayət işi çərçivəsində dindirilmiş ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Oqanovski   1-Mart  


Bizi "telegram"da izləyin