"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycanın mədəniyyət nümunələrinə maraq böyükdür - FOTOLAR
Oxunub: 25390
18:00
06 Avqust 2019
“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda təşkil olunan “Dostluq evi”ndə Azərbaycan pavilyonu yaradılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid nümayiş olunan ekspozisiyalar yarış iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla izlənilir.