Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “times.am” nəşri yazıb.
Nəşrə görə, xalqın Paşinyana olan etibarı, ona olan nifərtlə əvəzlənib və bu nifrətin dozası gündən-günə artmaqdadır.
“İştirakçılar mitinq müddətində müxtəlif replikalar səsləndirirdilər. Məsələ o yerə çatdı ki, mitinqin digər iştirakçıları onlarla mübahisə etdi, sonda isə vəziyyətin daha da ağırlaşmaması üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətini rəhbəri Artur Vanetsyan mövzuya müdaxilə etdi..
P.S. Yeri gəlmişkən, Paşinyan və qondarma qurumun rəhbəri səhnəyə qalxanda Samvel Babayanın tərəfdarları “Babayan, Babayan” şüarları səsləndirməyə başladılar”, - deyə erməni nəşri bildirir.
Alpər Mövludoğlu
Ordu.az