Paşinyan hakimiyyətinin növbəti yalanı ifşa edildi

2019/08/37097-1564994423.jpg
Oxunub: 31709     14:45     05 Avqust 2019    
Ötən gün məlum oldu ki, “1Mart” işi çərçivəsində qətl ittihamı ilə həbs edilən polisin daxili qoşunlarının sabiq qərargah rəisi Qeğam Petrosyan azad edilib. Ona qarşı yaşayış yerini tərk etməmə barədə tədbir görülüb.

Qeyd edək ki, Petrosyan, Cinayət Məcəlləsinin 104-cü maddəsinin birinci hissəsi üzrə ittiham edilərək, Zakar Hovhannisyanı odlu silahla qəsdən həyatdan məhrum etdiyinə görə təqsirli bilinir.

Petrosyanın azadlığa buraxılması ilə Paşinyan hakimiyyətinin növbəti yalan və mifinin partlayışı baş verib. Erməni hakimiyyət orqanları hələ həftələr öncə ilkin araşdırma mərhələsində olan cinayət işi barədə elə əminliklə danışırdılar ki, onun günahının sübuta yetirildiyi, məhkəmə araşdırması mərhələsində ört-basdır edilməsinin mümkün olmadığı sübut və dəllilərinin olduğu təsəvvürü yaranırdı. Lakin nəticədə cinayət işinin heç məhkəməyə çatmadan dağılmasına şahidlik edirik.

Maraqlıdır ki, “feyk” xəbərlər əleyhinə mübarizə aparan Paşinyan hakimiyyəti bütün bunlardan sonra nə edəcək. Axı, dünən qəbul edilən qərardan məlum olur ki, qətli törətməyən şəxsi, qətl törətməkdə ittiham etməklə bütün erməni hakimiyyət elitası, təbliğat maşını yalan danışıb. Onlar Petrosyandan və hakimiyyətin növbəti yalanına inanan erməni cəmiyyətindən üzr istəməyə hazırlaşırlarmı?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Yalan   Cinayət  


Bizi "telegram"da izləyin