Paşinyan Xankəndində Babayana qarşı qüvvələri birləşdirir – Sui-qəsd versiyası aktualdır

2019/08/6aac7-1564820191.jpg
Oxunub: 5145     12:23     03 Avqust 2019    
Ermənistan və qondarma qurum arasında siyasi vəziyyət getdikcə gərginləşir. Ötən gün Nikol Paşinyan bəyan edib ki, “ümumerməni oyunları”nın açılışı mərasimi ilə əlaqədar olaraq, avqustun 5-də işğal altında olan Xankəndində çıxış edəcək. O, hamıdan xahiş edib ki, çox vacib danışıqlar olacağına görə iştirak etsinlər.

Paşinyanın bəyanatı, qanunsuz “hərbi birləşmə”nin sabiq komandiri, Samvel Babayanın mitinq və küçə mübarizələrinin başlaya biləcəyi barədə açıqlaması baxımından maraqlıdır. Babayanın tərəfdarlarının qan töküləcəyi haqqında danışması qondarma qurumdakı daxili siyasi vəziyyəti kifayət qədər gərginləşdirib. Paşinyanın bəyanatından sonra Xankəndindəki qondarma “parlament”in ən böyük fraksiyasına sahib olan “Azad hayrenik” (azad vətən) partiyasının “rəhbəri” Arayik Harutyunyan da bəyanatla çıxış edib. Harutyunyan verdiyi bəyanatla Paşinyanın çağırışına qoşulduğunu ifadə edib.

Paşinyanın bəyanatından sonra, ən çox gözlənilən qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanın bəyanatı olub. Balasanyan bəyanatında qeyd edib: “Bu gün çağırışları qarışdırmağa və siyasi təşəbbüslər altında öz siyasi ambisiyalarını irəli çəkməklə daxili birliyi pozmağa cəhd etməyə heç kimin ixtiyarı yoxdur. Tam məsuliyyətlə bəyan edirəm, mən və mənim ideologiyamın tərəfdarları buna imkan verməyəcəyik. Zərurət olduğu halda kəskin üsullara əl atılacaq. Daxili sabitliyin təmin edilməsi naminə biz sonadək hakimiyyətin yanında olacağıq”.

Balasanyan bu bəyanatla bilavasitə Paşinyana dəstək verərək, Babayanın küçə mübarizəsi siyasətinə qarşı çıxıb. Siyasi baxımdan Paşinyan Babayana dağıdıcı zərbə endirməyə hazırlaşır. Hazırda Babayan qondarma qurumun siyasi arenasında yalnız qalıb. Babayan ya tək halda vəziyyətin gərginləşməsinə gedərək Xankəndini qan gölünə döndərməli, ya da üstünlük təşkil edən tərəfin təklif etdiyi şərtə razılaşaraq siyasi mübarizədən çəkilməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Babayan  


Bizi "telegram"da izləyin