Ordu.az xəbər verir ki, bu barədə erməni cəmiyyətində getdikcə Paşinyan hakimiyyətinin fəaliyyətindən məyusluğun dərinləşməsi ilə bağlı KİV-lərin birində dərc edilən müəllif məqaləsində qeyd olunub.
Müəllifə görə, Ermənistanda mövcud problemlərin həll edilmədiyini fikirləşdikdə bunun təsadüfi olmadığı aşkara çıxır.
“Bir an insanlar ümid edirdi ki, Nikol Paşinyan hakimiyyətə gəlməklə onların qayğılarını qarşılayaraq həll edəcək. Paşinyan gəldi, lakin problemlər insanların qapılarını döyməkdə davam edir. Vaxt keçir, ölkədə isə sosial vəziyyət dəyişmir. Nikol Paşinyan əvvəlki şəxs deyil. İndi o, onu hakimiyyətə gətirən insanları belə dinləmək istəmir. İndi hər bir insan öz qayğısını özü həll etməlidir. Artıq bu hökumətin problemi deyil. İndi Baş nazir vəzifəsində olan Nikol Paşinyan Ermənistan vətəndaşı ilə əvvəlkilər kimi minnət edərək danışır. Artıq ölkədə sosial vəziyyətin pis olmasına görə, günahkar hökumət və ya siyasi hakimiyyət yox, işləmək istəməyən və öz qayğılarını qarşılamayan vətəndaşlardır. Məlum olur ki, artıq Ermənistanda iş yerləri problemi yoxdur, lakin insanlar işləmək istəmir, iş var, işləyən yoxdur. “Şirak vilayətində də eyni qaydada sahibkarların işçi tapa bilmədiyi müxtəlif problemlərin şahidi olduq. Lakin bəzi iş qabiliyyətli insanlar bağıraraq, humanitar yardım tələb edirlər”, deyə baş nazir bildirib.
Belə təsəvvür yaranır ki, hakimiyyət dəyişikliyindən sonra Ermənistanda o qədər iş yeri yaradılıb ki, bu, artıq işləyənlərə kifayət etmir. Aydındır ki, bu belə deyil. Əksinə bu müddət ərzində Ermənistanda açılanlarla müqayisədə, daha çox iş yeri bağlanıb. Bunların bəziləri hakimiyyətin günahı ucbatından baş verib. İndi insanlar iş olmamasına görə şikayət edirlərsə, bu o demək deyil ki, iş var ancaq onlar işləmək istəmir. İnsanların işləməsi və müstəqil öz qayğılarını qarşılaması üçün hakimiyyətin bütün şəraiti təmin etdiyi təəssüratını yaratmaq lazım deyil”, - deyə müəllif Paşinyanın öncəki Sarkisyan hakimiyyətindən bəhrələndiyini yazır.
“Biz mikro biznesi vergilərdən azad edirik. 18 yaşınadək olanların, sosial cəhətdən az təminatlıların, müddətli və müqaviləli hərbi qulluqçuların ailə üzvlərinin həyati sağlamlıq ehtiyaclarını qarşılayırıq. Tezliklə ailə müavinəti sistemini dəyişdirərək, uşağı olan ailələrin müavinətdən məhrum edilməməsi və işləyərək gəlir əldə etməsi imkanlarını yaradacağıq. Biz onlarla güzəştli kreditləşmə layihələri həyata keçiririk. Biz deyirik ki, heç bir tələbə təhsil ödənişlərinə görə təhsil müəssisələrindən kənar qalmasın. Biz fəlakət zonasındakı sakinlərə qarşı dövlətin bütün öhdəlikərini yerinə yetirməyə hazırlaşırıq. Qalan qayğıları hər bir ailə öz qanuni əmək fəaliyyəti ilə ödəməlidir. Ermənistanda iş var, Ermənistanda iş yaratmaq mümkündür. Əmək fəaliyyətindən başqa güzəranın yaxşılaşdırılmasına alternativ yol yoxdur. Xalqa başqa ümidlər verən bütün şəxslər, onları seçkiqabağı bir neçə korrupsionerin düyüsünün ümidinə saxlamaq istəyirlər”, - deyə Paşinyan “Facebook” səhifəsində yazıb.
Paşinyanın sözlərinə etiraz edən müəllif qeyd edir ki, görəsən baş nazir hansı iş barədə danışır və bu iş yerləri hardadır?!
“İş var demək rahatdır, insanlar isə işləmək istəmir. Bəs niyə rəsmi statistika 20% işsizlikdən danışır. 200 mindən artıq insanın iş yeri yoxdur. Bu, iş yerləri tökülüb qalıb, insanlar isə işləmək istəmir demək deyil. İş yerləri yoxdur, hamı bilir ki, Ermənistanda iş və ya layiqli ödənişi olan iş yeri yoxdur. 2-3 min vakant iş yerləri həmişə də olub, bu yenilik deyil. Lakin bu iş yerlərinin əmək haqları olduqca aşağıdır, yaxud sırf ixtisas işləridir. Əgər iş yerləri tökülüb qalıb və insanlar işləmək istəmirsə, o zaman xaricdə niyə işləyirlər? Məgər bu, ailədən və yaxınlarından uzaq qalmaqla, müxtəlif problemlərlə rastlaşaraq, daxildə işləməkdən yaxşıdır? Buna bir səbəb olmalıdır, ya yox? Əgər kimsə 50-60 və ya 100 min dramla ailə saxlamağı düşünürsə, çox böyük səhv edir. Bəlkə hökumət, hakimiyyət dəyişikliyindən sonra keçən bu 15 ay ərzində neçə müəssisə açıldığını və neçə iş yerləri yaradıldığını deyə bilər? Yoxsa iş yeri ilə təmin etmək hökumətin deyil, artıq vətəndaşın işidir?
Hansı mikro biznesdən söhbət gedir? Gələn ildən vergilərdən azad etməyi düşünən hökumət hansı mikro biznesdən danışır? İki illik hakimiyyət dəyişikliyinin nəticəsinin və bu mikro biznesin əhaliyə nə verəcəyi hələ məlum deyil. Keçmişdə də bu cür mikro biznes bir az çox, ya da az güzəştlərə malik idi. Bununla ciddi heç bir şey dəyişmir. Kiçik bizneslə məşğul olmaq üçün, fövqaladə şərait təmin edilməsi haqqında danışmaq sadəlövhlükdür. Aydındır ki, müxtəlif problemlərə Paşinyanın münasibəti Baş nazir olanadək mövcud münasibətləri ilə fərqlənir. Hökumətin insanların problemlərini həll etmək üçün özündən asılı olan hər şeyi nə qədər deyilsə də, insanlar yalnız eşitmir, eyni zamanda çevrədə baş verənləri görür. Belə ki, indi artıq insanları boş sözlərlə qidalandırmaq çətin olacaq. Cəmiyyət bu hakimiyyətə öz qayğılarını tez unutmağa yox, onları həll etmək üçün bu hakimiyyətə mandat verib. Bu gün isə həmin problemlərin həlli görünmür. Hökumət öz sosial öhdəliyi barədə unudub və pis yaşamasına görə günahı cəmiyyətin üstünə atmaq istəyir”, - deyə müəllif Hakop Köçəryan Ermənistan hakimiyyətinin, xüsusilə də Paşinyanın nə qədər riyakar olduğunu sübut edib.
Alpər Mövludoğlu
Ordu.az