Ordu.az xəbər verir ki, bu barədə “Aliq.ge” portalı məlumat yayıb.
Artıq Gürcüstanda avqustun 9-dadək davam edəcək “Agile Spirit 2019” təlimlərinə start verilib. Poti dəniz limanında boşaldılan ABŞ hərbi texnikası artıq gürcü hərbi bazalarına yerləşdirilib.
Təlimlərin məqsədi iştirakçı ölkələr arasında münasibətləriin gücləndirilməsi, həmçinin çoxmillətli mühitdə əməliyyat imkanlarının yaxşılaşdırılması, Qara dəniz bölgəsində sabit və təhlükəsiz mühitin qorunub saxlanmasından ibarətdir.
Çoxmillətli təlimlərdə NATO-ya üzv və tərəfdaş olan 14 ölkədən 3000-dən artıq hərbi qulluqçu iştirak edir. Hərbi təlimlərdə Gürcüstan, ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Latviya, Litva, Monteneqro, Norveç, Polşa, Rumıniya, Türkiyə və Ukrayna iştirak edəcək.
Qeyd edək ki, “Agile Spirit” təlimləri Gürcüstanda artıq 9-cu dəfədir ki, keçirilir. Ermənistan bu il də təlimlərdə iştirak etməyəcək.
Alpər Mövludoğlu
Ordu.az