“Ermənistan ABŞ-İran münasibətlərində vasitəçi ölkə ola bilməz” - Vardanyan

2019/07/18814-1564379781.jpg
Oxunub: 4495     09:38     29 İyul 2019    
“Ermənistanın ABŞ-İran münasibətlərində vasitəçi ölkə ola biləcəyini demək mürəkkəb məsələdir. Ona görə ki, bu böyük məsuliyyətdir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri iranşünas Aharon Vardanyan deyib.

Onun sözlərinə görə, ABŞ-la münasibət eyni qaydada Ermənistan üçün əhəmiyyətli olsa da, Ermənistan vasitəçi rolunu oynamamalıdır.

“Ermənistanın İran-ABŞ münasibətlərində neytral qalmaqla, rəsmi Tehrana qarşı münasibətdə tutduğu mövqe sərtdir. Bu məsələdə ilk növbədə Ermənistanın maraqlarına cavab verən və digər ölkələrinin maraqlarına toxunmayan aydın mövqe nümayiş etdirmək vacibdir. İran İslam Respublikası Ermənistan üçün həyati əhəmiyyət daşıyan ölkədir və strateji tərəfdaş olmağa çalışır. ABŞ-la münasibət eyni qaydada bizim üçün əhəmiyyətlidir və bu iki ölkə arasında yaranmış vəziyyətdə Ermənistan vasitəçi rolu almağa yox, hər iki tərəf üçün qəbul oluna biləcək dəqiq mövqe nümayiş etdirməyə səy göstərməlidir. Ermənistanın ABŞ-İran münasibətlərində vasitəçi ölkə ola biləcəyini demək mürəkkəb məsələdir. Ona görə ki, bu böyük məsuliyyətdir. Yaponiya və bir sıra digər ölkələr artıq vasitəçi rolunu üzərinə götürməyə cəhd edib, lakin nəticəsiz qalıb”, - deyə Vardanyan bildirib.

Bu halda neytrallığın qorunub saxlanılması, yoxsa aydın mövqe ifadə olunmasının doğru olduğuna dair verilən suala cavab olaraq, iranşünas qeyd edib ki, bu yaranmış vəziyyətdə aydın mövqenin ifadə edilməsi və Ermənistanın maraqlarının irəli aparılması daha doğrudur.

“ABŞ bizim hökumətə təzyiq göstərir. İş aparmaq və fəal siyasət yürütmək lazımdır. Ermənistanın İrana qarşı neytral mövqedə qalması sərt addımdır və bu məsələdə ilk növbədə Ermənistanın maraqlarından irəli gələn və digər ölkələrin maraqlarına mane olmayan aydın mövqe ifadə edilməlidir”, - deyə iranşünas öz fikirlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-İran   ABŞ   Böhran  


Bizi "telegram"da izləyin