Gürcüstanda "Çevik Ruh 2019" təlimləri başlayır

2019/07/tavda-1564209359.jpg
Oxunub: 17639     11:32     27 İyul 2019    
Bu gün Gürcüstanda NATO üzvü və tərəfdaşı olan 14 ölkədən hərbçilərin iştirakı ilə "Çevik Ruh 2019" beynəlxalq hərbi təlimlərinə start veriləcək.

Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, hərbi təlimlər Senaki 2-ci piyada Briqadası, Orfolo və Vaziani hərbi bazaları olmaqla üç müxtəlif ərazidə keçiriləcək.

Təlimlərdə NATO üzvü və tərəfdaşı ölkələr - ABŞ, Birləşmiş Krallıq, Latviya, Litva, Polşa, Norveç, Belçika, Bolqarıstan, Yunanıstan, Monteneqro, Rumıniya, Türkiyə, Ukrayna və Gürcüstandan 3000 hərbi qulluqçu iştirak edəcək.

Qeyd edək ki, hərbi təlimlər avqustun 9-da başa çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin