Ermənistan Silahlı Qüvvələrində baş verən cinayətlərin sayı AÇIQLANIB

2019/07/16709-1564132054.jpg
Oxunub: 12957     15:54     26 İyul 2019    
Ermənistan hərbi prokurorluğu 2019-cu ilin 1-ci yarısı ərzində silahlı qüvvələr və digər qoşunlarda cinayətkarlığın ümumi vəziyyəti, cinayətkarlığın qarşısının alınması, aşkarlanması sahəsində effektivliyin artırılması səviyyəsi istiqamətində görülən işlərin səmərəliliyi barədə təhlil keçirərək yekun məlumat yayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin bəyanatında bildirilib.

Qeyd edilən dövr ərzində Ermənistan silahlı qüvvələrində ümumilikdə 425 cinayət hadisəsi qeydə alınıb. Keçən ilin eyni dövründə baş verən cinayətlərin sayı 509 təşkil edib. Bununla da hərbi cinayətlər 58 hal, ümumi xarakterli cinayətlərin isə 26 hal azaldığı vurğulanır. Qeyd edilən dövr əsrzində baş verən cinayətlərdən 66 hal ağır və xüsusilə ağır xarakter daşıyır.

Baş verən cinayət hadisələrindən 414-nün üstü açılıb. Baş vermiş xüsusilə ağır 14 cinayət hadisəsindən 5 hal qətl (2 hal rəqib tərəfindən baş verib), 9 hal qətl törədilməsinə cəhd (8 hal rəqib tərəfindən törədilməyə cəhd edilib) olub.

Son altı ayda Ermənistan silahlı qüvvələrində 159 halda səlahiyyət həddinin aşılması və hərbi nizamnamənin pozulması faktı qeydə alınıb. Hərbi xidmət qaydalarına qarşı yönəlmiş 47 hadisə, xüsusi xidmətin aparılması qaydalarının əleyhinə yönəlmiş 3 cinayət hadisəsi baş verib.

Hərbi əmlakın istifadəsi və qorunması, silah, hərbi sursat, həmçinin ətraf mühit üçün daha təhlükəli hesab olunan əşyalar və maddələrlə davranış qaydalarının pozulması ilə bağlı baş verən cinayətlərin sayı 11 hal təşkil edib. Hesabat dövründə Ermənistan silahlı qüvvələrində vəzifəli şəxslərin 28 dəfə cinayət törətdiyi qeydə alınıb.

Hərbi texnikanın istismarı qaydalarının pozulması ilə müşayiət olunan 8 cinayət hadisəsi qeydə alınıb. Həmçinin bildirilir ki, ümumi xarakterli törədilən 169 cinayət hadisəsi arasında həyat və sağlamlığa ziyan vurma, ictimai qaydaların və ictimai təhlükəsizliyin əleyhinə yönəlmiş cinayət növlərində azalma qeydə alınıb. Bu müddət ərzində cinsi toxunulmazlıqla bağlı bir cinayət hadisəsi baş verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin