Bayrağımız müstəqilliyimizin rəmzidir

2019/07/c6276-1564131220.jpg
Oxunub: 668     12:52     26 İyul 2019    
Hər bir xalqın ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər öz xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini formalaşdırmağa çalışıblar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşıb. Bayrağı öz şərəfi, ləyaqəti kimi qoruyaraq daim uca tutub.

Azərbaycan xalqının milli düşüncəsində də əsrlərə söykənən dövlətçilik tarixini yaşadan bayraqlarımız tariximizin ən dəyərli eksponatları sırasında yer tutur. Qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olan dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir anlamda isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq ideallarının simvoludur. Azərbaycan bayrağı xalqımızın dilini, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini və s. amilləri özündə ehtiva edən çalarlardır.

Cəmi 23 ay müstəqil olan Azərbaycan Xalq Cümhuriyyətindən müasir dövrümüzə bir sıra nümunələr yadigar qalıb. Onlardan da biri Azərbaycan Respublikasının dövlət bayrağıdır. 71 il sovetlərin tabeliyində olan Azərbaycanın müstəqilliyi ərəfəsində ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ümummilli liderimiz Heydər Əliyev tərəfindən bayrağımızın rəsmi dövlət bayrağı kimi təsdiq edilməsi yaxın tariximizin ən şərəfli səhifələrindəndir. Məhz bu tarixi addımdan sonra müstəqil Azərbaycan məfhumu daha da yekdilləşdi. Hələ Sovet imperiyasının dağılmadığı bir vaxtda Ulu Öndərin atdığı bu qətiyyətli addımla Azərbaycanın müstəqil dövlətçiliyinə əminlik ifadə olunurdu.

Fəxrlə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlətimiz inkişaf edib gücləndi. Ulu Öndərin 1998-ci il martın 13-də "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı mühüm əhəmiyyət kəsb etdi. "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək, hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun", - deyən Ulu Öndər öz tövsiyələrində insanlara bayraq sevgisi aşılayırdı.

Ümummilli Liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimlərində Dövlət bayrağına ehtiramını ifadə edən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sədaqət nümayiş etdirir. Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında" imzaladığı sərəncam dövlətçilik tariximizdə mühüm bir hadisədir. Eyni zamanda dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanda Dövlət Bayrağı Günü" təsis edildi. Hər il bu günün təntənəli şəkildə qeyd olunması keçmişimizə, milli dəyərlərimizə yüksək ehtiramın təzahürüdür. Bu tarixi addımların atılmasında əsas məqsəd ölkə vətəndaşlarının həmrəyliyini, vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyini təmin etməkdir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində də belə addımların dəyəri böyükdür.

Bu gün hündürlükdə dalğalanan üçrəngli bayrağımız möhtəşəmliyi ilə görənləri heyran edir. Dünyanın hər yerindən ölkəmizə gələn qonaqlar dövlətimizə yüksək hörmət və ehtiram əlaməti olaraq Bayraq Meydanını ziyarət edirlər. Təqdirəlayiq faktdır ki, "Ginnes" dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Azərbaycanın üçrəngli Dövlət bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlərlə yanaşı, kütləvi-mədəni tədbirlərdə, idman yarışlarında qaldırılaraq birliyi, həmrəyliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdə hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissi doğurur.

2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının açılış mərasimində "Müstəqilliyimiz ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi əzəmətli bayraqdan qürur duyan hər bir azərbaycanlının qəlbində bir müqəddəs arzusu var: “Üçrəngli bayrağımızı Azərbaycanın işğal altında olan yaşayış məntəqələri üzərində ucaltmaq!” Dövlət başçısı İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu dövlət və ordu quruculuğu siyasəti isə bu böyük arzunun tezliklə gerçəkləşəcəyinə əminlik yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Bayrağımız müstəqilliyimizin rəmzidir

2019/07/c6276-1564131220.jpg
Oxunub: 669     12:52     26 İyul 2019    