“Ermənistanda bəzi hərbi qulluqçular tərxis ediləcək” - Hovhanisyan

2019/07/16712-1564126098.jpg
Oxunub: 15583     11:32     26 İyul 2019    
“Əqli gerilik maddəsi ilə hərbi xidmətə çağırılan hərbi qulluqçuların bəzi kateqoriyaları üçün müvafiq ekspertizalardan sonra yüngülləşdirmələr olacaq”.

Ordu.az xəbər verir ki, bu sözləri “Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan yazıb.

Onun sözlərinə görə, 404 nömrəli qərarda müvafiq dəyişikliklər çoxdan edilməli idi.

“Nəhayət yaxşı xəbər. Bu gün Ermənistan hökumətinin iclasında məlum 404 nömrəli qərarda müvafiq dəyişikliklərin edilməsi haqqında qərar qəbul edilib. Bununla da əqli gerilik maddəsi ilə hərbi xidmətə çağırılan hərbi qulluqçuların bəzi kateqoriyaları üçün müvafiq ekspertizalardan sonra yüngülləşdirmələr olacaq.

Nəticədə bəzi hərbi qulluqçular tərxis ediləcək, eyni maddə üzrə isə yeni çağırışçılar hərbi xidmətə çağırılmayacaqlar”, - deyə Hovhannisyan bildirib

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hovhannisyan  


Bizi "telegram"da izləyin