Azərbaycan Hərbi Hava Qüvvələri təlim uçuşlarını müvəqqəti olaraq dayandırdı

2019/07/40110-1564122899.jpg
Oxunub: 8190     10:34     26 İyul 2019    
Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının qəzaya uğraması ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə Azərbaycan Ordusunun bütün aviasiya texnikalarının təlim uçuşları dayandırılıb.

Bu barədə Ordu.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı məlumat verib.

“MiQ-29-un qəzaya uğramasının səbəbləri dəqiqləşdirilməyincə, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya texnikalarının bütün uçuşları müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda döyüş növbətçiliyi planlı şəkildə yerinə yetirilir”- deyə V. Dargahlı bildirib.

Xatırladaq ki, 24 iyul saat 22:00 radələrində təlim uçuşu həyata keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi Xəzər dənizi üzərində qəzaya uğrayıb. Müdafiə Nazirliyi pilotun axtarışı və xilas edilməsi üçün təcili addımlar atır. Müdafiə nazirinin göstərişi ilə qəzanın səbəbləri ilə əlaqədar araşdırma aparan komissiya yaradılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MiQ-29   Qəza   MN   Vaqif-Dərgahlı  


Bizi "telegram"da izləyin