MN yayılan saxta video görüntü ilə bağlı ictimaiyyətə çağırış etdi - VİDEO

2019/07/ee5cf-1564119958.jpg
Oxunub: 31333     09:44     26 İyul 2019    
"Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür".

Bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən video görüntünün yayılması barədə Ordu.az-ın sorğusuna cavab olaraq bildiriblər.

Qeyd olunub ki, yayılan video görüntünün heç bir əsası yoxdur və yalandır.

"Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq", - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Qeyd edək ki, sözügedən video görüntü İtaliyadakı 2017-ci il aviaşousu zamanı qeydə alınıb. Müdafiə Nazirliyi redaksiyamıza həmin video görüntünü də təqdim edib.


Xəyal Abdullayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   MiQ-29  


Bizi "telegram"da izləyin