“Lazımi qədər izləyirəm və hesab edirəm ki, Ermənistan hakimiyyəti inqilab janrından heç bir yolla çıxa bilmir. O artıq köhnəlib, onun zamanı keçib. Başqa janra çıxmaq, nəticələri göstərmək və işləmək lazımdır. Aydın, obyektiv yolla izləmək və başa düşmək lazımdır ki, Ermənistan hansı vəziyyətdədir. Ermənistanın dörd sərhəddindən ikisi bağlıdır, ABŞ, Avropa İttifaqı uzaqdır. Gürcüstan nümunəsini müşahidə etmək lazımdır. Gürcüstana baxaq, söhbət rus sanksiyalarından gedir. Lari kəskin şəkildə düşdü, benzinin qiyməti qalxdı. Bu da sizə Gürcüstanın Rusiyadan real iqtisadi asılılığı. Çox uzağa getmək lazım deyil. Lakin ermənilər də cəhd etmək istəyirlər, qoy etsinlər”.
Ordu.az xəbər verir ki, bu sözləri Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert, “Regnum” agentliyinin şərq şöbəsinin Baş redaktoru Stanislav Tarasov “168.am” saytına müsahibəsində deyib.
- Yəni, çoxvektorlu siyasətin Ermənistan üçün də problemlərə gətirib çıxarması mümkündür?
- Ola bilər gətirib çıxarsın, ola da bilər yox. Bu, vəziyyətdən asılıdır, çünki Ermənistan və Rusiya bir çox sahələrdə əməkdaşlıq edirlər.
- Bir neçə gün bundan əvvəl Azərbaycan tərəfi erməni mövqelərini Naxçıvan istiqamətindən (Tonoyan bu iddiaları şəxsən özü təkzib etdi-red.) hədəfə almışdı. Bunu nə ilə izah edirsiniz?
- Naxçıvan Azərbaycan tərəfindən idarə edilən protektorat zonadır. Düşünmürəm ki, bu atışmalarda digər ciddi mənalar axtarmalıyıq.
- Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün aparılan danışıqlar prosesindən yaxın gələcəkdə irəliləyiş gözləyirsiniz?
- Mən hələ yalnız boş şüarlar eşidirəm, Paşinyan “Azadlıq” radiosuna deyib ki, Azərbaycanın maraqları da nəzərə alınmalıdır. Xatırladım ki, Azərbaycan özünün ərazi bütövlüyündən danışır. Bəs siz bu marağı necə nəzərə alacaqsız? Rayonları qaytaracaqsız? Qoy o, özünə izah etsin ki, nə danışır, sonra mən bu mövzu haqqında danışaram.
- Cənab Tarasov, Türkiyə-ABŞ, İran-ABŞ münasibətlərinin gərginləşməsi, Rusiya-Türkiyə əlaqələrinin istiləşməsi və Gürcüstanda baş verən daxili-siyasi inkişaflar region üçün kifayət qədər mürəkkəb mərhələlərdir. Bu hadisələrin xarici səbəbləri də var. Regionumuzda hansı inkişaflar mümkündür və onlar Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcək?
- Qısa desəm, Paşinyan öz inqilabı ilə çox gecikib. Bunu 5 il əvvəl etmək lazım idi. Hazırda ruslar türklərlədir, inqilab ermənilərə heç nə verməyəcək. Biz Türkiyə iləyik.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
İnqilab
Paşinyan
Böhran