Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hökuməti bu gün növbəti iclasında belə bir qərar qəbul edib.
Orduda son 1 ildə ərzində qeydə alınmış hadisələr nəzərə alınmaqla qərar Ermənistan Müdafiə Nazirliyinə təklif edilib.
Məsələ bundan ibarətdir ki, 2018-ci ilin aprelində öncəki Ermənistan hökuməti hərbi xidmətdən azad edən xəstəliklər siyahısında dəyişikliklər edib. Bu dəyişikliklər nəticəsində yüngül zehni geriliyi olan şəxslərin davranış pozğunluqlarından asılı olmayaraq orduya çağrılması haqqında qərar qəbul edilib.
Bu gün qəbul edilən lahiyəyə əsasən planlaşdırılır ki, yüngül dərəcədə zehni geriliyi, digər formalarda zehni geriliyi olan şəxslər hərbi xidmət üçün müvəqqəti olaraq yarasız hesab olunsun. Qərar müzakirəyə qoyulmadan və hesabat verilmədən qəbul olunub.
Xatırladaq ki, belə bir qalmaqallı hadisə sonuncu dəfə 2018-ci ildə hərbi xidmətə çağırılmış, irsi keçən psixi sağlamlıq problemi olan yezidi hərbi qulluqçu Yuri Broyanla baş verib. Məlumatlara görə, o, xidmət müddətində komandir tərəfindən işgəncələrə məruz qalıb və nəticədə isə psixi sağlamlıq mərkəzinə yerləşdirilib.
Ermənistan Müdafiə naziri Davit Tonoyan da orduda bu cür hərbi qulluqçularla bağlı problemlərin olduğunu etiraf edib.
Alpər Mövludoğlu
Ordu.az