Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri ABŞ konqresinin Ermənistanla dostluq qrupunun həmsədri konqresmen Frenk Palon deyib.
Palon, Konqresin Ermənistanla dostluq qrupunun ABŞ və Ermənistan qanunverici orqanları arasında 2019-cu ildə qarşılıqlı səfərlər planlaşdırdığını deyib:

“Demokratik dəyərlərdən erməniləri, hətta Ermənistanda dislokasiya olunan rus qoşunları da geri çəkə bilməz. Qərbdə əmindirlər ki, Ermənistanda rus hərbi bazası və rus qoşunları mövcud olduğu müddətcə Ermənistan birmənalı şəkildə Rusiyanın təsiri altında olacaq. Mən buna inanmıram və biz Konqresdəki Ermənistanla dostluq qrupunun üzvləri realda anlayırıq ki, Türkiyə tərəfindən ehtimal edilən müdaxilə, yaxud Azərbaycanla mümkün müharibə vəziyyətində Ermənistan Rusiyadan asılıdır”.
Erməni parlamentarilərin səfəri çərçivəsində hansı məsələlərin müzakirə edildiyi, hansı imkanların açıldığına dair verilən suala cavabında Palon ifadə edib ki, Ermənistan parlamentinin sədrinin ABŞ-a səfəri forumda iştirak etmək məqsədi daşıyıb.
“İnqilabdan qabaq Ermənistanla dostluq qrupunun üzvləri olan konqresmənlər Ermənistana səfər edib. Bundan sonra erməni parlamentarilər ABŞ-a səfər ediblər. Lakin bu inqilabdan qabaq baş verib. Hazırda, eyni qaydada mənim də daxil olduğum konqresmenlər Ermənistana səfər etmək, bundan sonra erməni deputatları ABŞ-a dəvət etmək istəyirlər”, - deyə Palon sözlərini tamamlayıb.
Alpər Mövludoğlu
Ordu.az