İntihar edən erməni əsgər orduya 7 ay əvvəl çağırılıb - Yeni detallar

2019/07/15211-1564048672.jpg
Oxunub: 7002     15:10     25 İyul 2019    
“Volodya Qaloyan bu günlərdə məzuniyyətdən hərbi hissəyə qayıdıb. O, Ermənistanın Araqatsotn vilayətinin Araqatsotn kənd sakini olub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Araqatsotn kənd icmasının rəhbəri Melsik Qazaryan deyib.

Onun sözlərinə görə, ölən hərbi qulluqçu Qaloyanın ailə üzvlərinin maddi durumu bərbad gündədir.

“Volodya cəmi 7 ayın əsgəri olub, iyulun 11-də babasının ölümünün ildönümü olduğuna görə, bu günlərdə məzuniyyətə gəlib. Bir neçə gün öncə hərbi hissəyə qayıb. Volodya anası və atası ilə yaşayırdı. Və bir də ailəli bacısı var. Ailənin sosial təminatı pisdir. Ölən hərbi qulluqçunun atası ailənin tələbatını ödəmək üçün xaricə işləməyə gedir”, - deyə kənd rəhbəri bildirib.

Artıq məlum olduğu kimi 2019-cu il iyulun 23-də saat 22:55 radələrində “N” saylı hərbi hissənin mühafizə ərazisinin döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu, sıravi əsgər Volodya Hamleti Qaloyan qanunsuz olaraq bir başqasını həyatdan mərhum etmək, öldürmək, birbaşa şüurlu şəkildə qeyd edilən döyüş postunun qazmasına yaxın ərazidə ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun başçısı istiqamətinə atəş açıb. Lakin V. Qaloyan öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib.

Atəş açdıqdan dərhal sonra Qaloyan ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun ərazisini tərk edib. 2019-cu il iyulun 24-də saat 04:20 radələrində döyüş postunun müşahidə məntəqəsindən təqribən 50 m uzaqlıqda çənəsinin alt hissəsində odlu silah yarası xəsarəti və yanında yerə düşmüş vəziyyətdə avtomatı olmaqla meyiti aşkar edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   İntihar  


Bizi "telegram"da izləyin