Ermənistan Qafandan Hadruta 150 km-lik yol inşa etməyi planlaşdırır

2019/07/011_D-1564048427.jpg
Oxunub: 8662     14:21     25 İyul 2019    
“Ermənistan hökuməti 2020-ci ildə Ermənistanla Qarabağı birləşdirəcək 150 km-lik yol inşa etməyi planlaşdırır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Azadlıq” radiosuna verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, artıq müvafiq qərar qəbul edilib və cənub istiqamətinə doğru planlaşdırılan yolun Qafandan Hadrutadək olması müzakirə edilir.

“İlin sonunadək bu müzakirələrə yekun vuracağımıza və bu yolu necə inşa edəcəyimizə dair artıq yol xəritəmizin olacağına əminəm. Yolun inşasını qısa müddətdə 2020-ci ildə başa çatdırmağı planlaşdırırıq. İnşaat üçün maliyyə vəsaitləri var”, - deyə Qriqoryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin