Erməni əsgərin ölümünə görə post başçısı həbs olunub

2019/07/98275-1564047960.jpg
Oxunub: 22830     14:45     25 İyul 2019    
Müddətli erməni hərbi qulluqçu V.Qaloyanın ölüm hadisəsinə görə post başçısı həbs olunub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, müddətli erməni hərbi qulluqçu, sıravi əsgər V. Qaloyanın ölüm hadisəsinə görə, ikinci qarnizonun istintaq bölməsində araşdırılan cinayət işi çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 385.1-ci maddəsinin 2-ci hissəsi ilə post başçısı təqsirkar bilinərək həbs olunub.

Cinayət işi üzrə ilkin istintaq davam etdirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Ölüm   Həbs  


Bizi "telegram"da izləyin