Azərbaycan HHQ-nin təyyarəsi təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb

2019/07/0d86c-1564035172.jpg
Oxunub: 10436     10:10     25 İyul 2019    
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a bildirilib ki, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Təyyarə  


Bizi "telegram"da izləyin