Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!

2019/07/a96f5-6255884524.jpg
Oxunub: 672     12:10     25 İyul 2019    
Yaddaşımdan üzülməyən xoş təəssüratlar yazın son ayında ön xətdə - səngərlərin həndəvərlərində tellənən könlümü yayın orta ayında Qarabağa aparacaq yolun başlanğıcına - "Səngərləri sərhədlərə köçürəcəyik!" deyənlərin görüşünə çəkir...

Gecənin qaranlığını çilikləyən dan yerindən sıyrılıb ön xəttə çatmışıq. Bayaq gözlərim könlümün cəfakeşiydi, bir azdan könlüm də, düşüncələrim də əsgərlərimizin düşüncələrinin cəfakeşi olacaq. Həmin cəfakeşliyə tələsirəm...

Səngərlərin yan-yörəsində hələ təravətini itirməyən çiçəklərə toxunmaq, ləçəklərini nəfəsimlə titrətmək istəyirəm. Bənzərsiz ətriylə könül mülkümüzün gözəllik sultanına, sultanlıq qüdrətinə dönən gözəlim çiçəklər illərdi səngərlərin həndəvərlərində mənə yaz öz yerində, yayda da təbiət, təbiətin timsalında həyat fəlsəfəsi təkrarladır: bu ətir, rayihə torpağın qüdrətidi, sərhədlərimizin o üzündə çiçəklərin ətri, rayihəsi belə olmur.

Ön xətdə, səngərlərin "on-on beş addımlığındayıq". Mənə elə gəlir ki, builki yazın da bir əli 2016-cı ilin yazının əlini sıxırmış. Görənlər bu təması ruhun qələbəsinə təbiətin ehtiramı bilib. Yaşanılmış hər ay tarixdi. Əminik ki, Azərbaycan əsgəri yaxın vaxtlarda aylardan birini tarixə görk edəcək. Aprel ovqatlıdı deyə, Lələtəpə, Bayraqtəpə soraqlıdı deyə, Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu qələbəylə tamamlayacaq deyə həmin görkə Böyük Qələbə deyəcəyik. Bu düşüncələr ruhunun sığalına dönür...

May ayında səngərlərin yan-yörəsində əsən mehin təmasından titrəşən çiçəklərin gümüldənən irili-xırdalı ləçəkləriylə Günlü yağış kəsəli göy üzünə yayılmış qövsi-qüzehin ilahi ahəngində ürkəcək narahatlığa söykəkli bir gözəlləşmə hiss etmişdik. Bu hissetməni, bu duyumu səngərdəkilərə güvəncin qüdrəti bilmişdik. İyul da bu ovqatlıdı.

Torpağın sinəsinə sığal şəkirəm. Mənə elə gəlir ki, əlim anamın saçlarında gəzişir. Bu təmas yayın istisində də təravətini itirməyən çiçəklər bitirən torpağa "Azərbaycan Ordusu"nun timsalında SÖZ ordusunun ehtiramıdı. Bu ehtiramı yaxın vaxtlarda Azərbaycan əsgərinin qələbəsi tamamlayacaq...
Ruhunun bəsirət gözləriylə ön xətdə döyüş növbətçiliyi aparanların əhatəsindən qarşı tərəfə baxanda sənə elə gəlir ki, dövlət sərhədlərimizi, sərhədlərimizdə işğaldan azad olunmuş torpaqlarımızı, o torpaqlarda əsgərlərimizi görəcəksən, bu duyuma görə əsgərlərin hər birini bağrına basmağa tələsirsən...

Salam-əleyk bitər-bitməz, alatorandan indiyəcən düşüncələrimi bürüyən fikirdən söz açıram. Əsgərlər zabitlərdən, gizirlərdən əvvəl fikir demir; bu məqamın mahiyyətinə - azərbaycançılığa söykənən hərbi xidmətə, hərbi xidmətə söykənən azərbaycançılığa dünyanın ən güclü ordularının da şəxsi heyəti həsəd apara bilər. Tarixi Dədə Qorqud əyyamıyla səsləşən bir deyimi xatırlayıram: "Böyük duran yerdə kiçik danışmaz". Zabit İsaq Orucovun bu əsgərlərdən üzülən baxışlarını döyüş növbətçiliyinə gedən əsgərlərin arxasınca "aydınlıq suyu"na dönən rəmz bilirəm. Bu baxışlarda inam var, etibar, etimad, güvənc var. Bu baxışların eynini 1992-ci ilin payızında Ağdərədə, 1993-cü ilin axırlarında Murovdağda, 1994-cü ilin əvvəllərində Horadizdə, 2016-cı ilin yazında Cocuq Mərcanlıda görmüşdüm,. O vaxtlar zabitlərdən eşitdiklərimin mahiyyətinin dönməzliyi, dönməzliyin qətiyyəti ürəyimi dağa döndərmişdi. Aradan illər keçəndən sonra eyni duyğular yaşayıram. Bu qətiyyətli bənzərsiz rəmzi Vətən sevgisinə, Vətənə sevgiyə, döyüş əzminə, qələbə ruhuna tən bilirəm. Düşüncələrimi sözə çevirməyə tələsmirəm. Baxışları hərdən sükutun - səssizliyin əhatələdiyi əsgərlərə, hərdən qarşı tərəfə - səngərlərin o üzünə sərilən zabit İsaq Orucov deyir:

- 2016-cı ilin aprelinin ilk günlərində yaşanılan böyük mənəvi coşqu hər bir azərbaycanlının ruhunda yaşamaqdadı. Səngərlərə çata-çatda 2016-cı ilin yazını ruhumuzun fəsili adlandırdınız. Əlbəttə ki, xalqa o dəyərdə sevinc, o dəyərdə qürur yaşadan fəsili belə adlandırmağa haqqımız var. Azərbaycan Ordusunun yaranmasının 101-ci ildönümü ərəfəsində bu söhbətləşməni də ictimaiyyətin istəyinin tərkib hissəsi bilirik.

- Bu istək azərbaycançılıqdı, Vətənə sevgidi, orduya inamdı, - deyirəm. Zabit hövsələsizliyimi üzə vurmadan sözünə davam edir:

- Bizə belə bir istək yaşadan qürur, tarix yazan qürur tarixdə qalacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, bu döyüşlər dərsliklərə salınacaq.

Əsgər Bəhlul Hüseynov Samid İmanovun, əsgər Səbuhi Bayramov Raquf Orucovun qəhrəmanlığını, əsgər Sarvan və Namiq Məmmədov qardaşlarını - son nəfəsini qardaşının qolları üstə çəkən Sarvanı xatırlayır...

Azərbaycan Ordusunun ən müasir döyüş texnikalarla, qurğular, təyyarə və helikopterlərlə təchiz olunmasından, döyüş qabiliyyətinin artmasından, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunan paradların möhtəşəmliyindən danışırıq. Bu, qürurdu, qürura söykənən inamdı, başlanğıcı bu inam olan Qələbə işığıdı...

- Ali Baş Komandan döyüş əmri verəndə siz bu qəhrəmanların, onların döyüş yoldaşlarının davamçıları olacaqsınız, - zabitin əsgərlərə ünvanladığı bu gözəl inamı eşitmək gözəl könül xoşluğudu. Onun səsində ürkəcək bir təəssüf çaları da hiss olunur:

- 2016-cı ilin aprelində bizim hərbi hissə əks-hücum əməliyyatına cəlb olunmadı, biz döyüşlərdə iştirak etməsək də, ruhən döyüşənlərin sırasındaydıq. Sülh danışıqları baş tutmasa, Ali Baş Komandanın əmriylə tam qələbə üçün döyüşənlərin sırasında biz də olmaq istəyirik. Səmimiliyimə inanın, hər birimiz həmin günün intizarındayıq, Böyük Qələbənin əsgəri olmaq niyyətindəyik.

Həmsöhbətimi təkcə bu hərbi hissənin deyil, ümumən Azərbaycan Ordusunun zabiti kimi dinləyirəm. Zabitin əsgərlərə güvəncini dövlətin orduya güvənci bilib dinləyirəm. Səngərlərdə eşitdiklərim həmişə düşüncələrimin can ortağı olub - eşitdiklərimi düşüncələrimə can ortağı bilib dinləyirəm...

Söz sözü çəkir.

Zabit İsaq Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aprel döyüşləri haqqında dediyi başqa kəlamları da xatırladır. Həm o döyüşlərdə qazanılan qələbəyə görə, həm də ölkə başçısının bu qələbəyə verdiyi dəyərə görə qürurlanan əsgərlərlə qürurlanırıq.

Zabit əsgərlərə xitabən deyir ki, siz Vətən sevgisiylə, döyüş hazırlığıyla həmin möhtəşəm tarixi yazanların davamçıları olacaqsınız. Hiss olunur ki, əsgərlər bu kəlmələri həm inam, həm də güvənc bilir. İnam 2016-cı ilin aprelində dönməzləşən inamdı, güvənc torpaqlarımızı işğaldan azad edəcək əsgərlərə, orduya güvəncdi. Bu məqam əsgərlərin düşüncələrində qələbə ovqatı yaradır.

- Aprel döyüşlərində orta məktəbdə oxuyurduq, böyüklər demişkən, uşaqlıqdan təzəcə ayrılmış yeniyetmələriydik. İndi əsgərik. Hərbi anda sədaqətlə xidmət edirik. Özündən razılıq olmasın, komandirlərimiz xidmətimizdən narazı deyillər. Ali Baş Komandanın döyüş əmriylə döyüşməyə biz də hazırıq. Torpaqlarımızı işğaldan azad etməyə borcluyuq. Bu borc Vətənə borcdu, - əsgər Səbuhi Bayramovun səmimiyyətlə dediklərini əsgər Ümid Hüseynov səmimiyyətlə tamamlayır:

- Vətən müqəddəsdi, deməli, ona ödənilməli borc da müqəddəsdi. O borcu yerinə yetirməyincə rahatlığını itirməyibsənsə, yaxşı vətəndaş deyilsən.

Hər iki əsgərin dediklərini əsgərlərin hamısının deyəcəyinə zərrəcə şübhəm yoxdu. Bir az əvvəl qəhrəmanlıqlardan, qəhrəmanlardan, şəhidlərdən, şəhidlikdən danışmışdıq. Eşitdiklərimiz ürəyimizi dağa döndərmişdi. Azərbaycan əsgəri tariximizi bilir, bu tarixi yaradanları, yaşadanları tanıyır, sevir. Əminik ki, hamısı Ümid kimi düşünür. Bu əminliyi əsgərlərə əminliklə deyirəm.

Zabit deyir ki, hərbi xidmət dövründə aparılan söhbətlər əsgərlərin dünyagörüşünün genişləndirilməsində əhəmiyyətlidir. Çağırışçı əsgər olur, xidmət edir, əsgərləşir. Çağırışçının əsgərləşməsi prosesinin iştirakçısı olmaq hərbi borcunu yerinə yetirən hərbi qulluqçuya, əsasən də zabitə kifayət qədər böyük mənəvi zövq verir. Mən hərbçi taleyimdən razıyam ki, belə mənəvi zövqdən məhrum olmamışam.

- Gənc əsgərlərin hazırlığı Hərbi and içməklə, Vətənə sədaqət andıyla davam edir. Əsgər hərbi xidmət dövründə hərtərəfli püxtələşir, Nəsimi demişkən, kamil insan olur, - hərbi hissədə zabit Rüstəm Məmmədov belə demişdi. O kəlmələri xatırladıram.

- Biz də digərləri kimi xidmət edə-edə komandirimizin dediyi səviyyədə əsgərləşirik. Günün nizam qaydalarını, komandirlərin, zabitlərin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetiririk, - əsgər İmamverdi Babayev əsgər yoldaşları adından belə deyir.

Zabitin sayğılı baxışları əsgərə dikilir:

- Ona görə də dövlətə, dövlətçiliyə sədaqət hər birimizin hərbi xidmət amalımızdır. Bayaq Aprel döyüşlərinin şəhidlərini xatırladınız. Onlara yüzlərlə şəhid qəhrəmanlarımızın varisləri deməliyik.
Çavuş Yusif Nağıyev Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu xatırladır:

- Mübariz İbrahimovun döyüşdən əvvəl yazdığı məktubu zamanında hamımız oxumuşuq. Biz də hərbi xidmətə Mübariz İbrahimovun amalına oxşar amalla gəlmişik. O məktub əli silah tutanların hamısı üçün Vətən sevgisi haqqında ən dinlənilməli monoloqdur. Mənə elə gəlir ki, əsgərlər qürurla “Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!”, - deyirlər...

- Çavuşun dediklərini Mübariz İbrahimovun məqsədini başa çatdırmaq istəyənlərin - Mübarizləşənlərin hamısının məqsədi bilirəm, - zabit belə deyir. Qəhrəmanlarımızı həmişə xatırlayırıq. Əsgərlər qəhrəmanlar haqqında söhbətləri həmişə böyük maraqla dinləyirlər. Mübariz İbrahimovun qəhrəmanlığının mahiyyəti qürur kimi əsgərlərimizin, vahimə kimi düşmənlərin yadından heç zaman çıxmayacaq.

Əsgərlərin bizə də doğma baxışlarından aydınlığıyla cəmiyyətimizə çox gərəkli bir mətləb oxunur. "Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!".

Ruhum heç vaxt ön xətdən iraq düşməyib.

Düşüncələrimi həmişə könül mülkümün də, mənəvi dünyamın da şəriksiz səyyarəsi, düşüncələrimin davamının göy qurşağı bilmişəm.

Həmişə ön xəttə çata-çatda mənə elə gəlir ki, bir az nəfəs dərib uğurumun son dayanacağına - Böyük Qələbənin şükranlığına tələsəcəm. Şükranlıq məqamında əlim qalib əsgərlərin əlində dincələcək, məmləkətimizə belə könül xoşluğu yaşadanları - "Böyük Qələbənin əsgəriyik biz" - deyənləri bağrıma basıb göm- göy göy üzünə baxacam...

Ön xətdə - səngərlərin həndəvərlərində uşaqlıq illərini, uşaqlığın bəyaz dünyasını xatırlamaq təzad deyilmi? Xatırlamada milli-xəlqi ruh varsa, milli-xəlqi ruha söykənən tarix, dövləti, dövlətçiliyi döyüş-döyüş qoruyanlar, qələbə-qələbə tarix yaradanlar, igidlik, igidlər,... varsa, təzad deyil. Uşaqlığında dava-dava oyunlarının əsgəri olanlar hərbi xidmətdə o illəri bir qədər kövrəkliklə xatırlayırlar. Həmin xatırlamalarla səngərlərin həndəvərlərində bizim xatırlamalarımız arasında etiraf edilməli bir bağlılıq var. Bayaqdan bəri həmin bağlılıq haqqında düşünürəm.

Uşaqlığımızda nağılları çox sevmişik, Məlikməmmədin igidliyinə, dərzi şagirdi Əhmədin ağlına, zəkasına vurulub nağıl-nağıl böyümüşük, nağıl-nağıl durulmuşuq. Məlikməmmədlər hər birimizin şəriksiz qəhrəmanı olub. Uşaqlar yeniyetmələşib, yeniyetmələr cavanlaşıb, cavanlar yaşa dolub - yaşlaşıb, Məlikməmmədlər həmişə eyni yaşda - igidlik yaşında qalıb.

Müharibə illərinin uşaqları nağıl qəhrəmanlarını tamam-kamal tanımağa macal tapmadılar, müharibənin qəhrəmanlarını tanıdılar. 1990-cı ilin 19 yanvar gecəsi imperiyanın tanklarının qarşısını kəsənləri tanıdılar, Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını, Zəngilanı qoruyanları tanıdılar. Meşəli, Bağanıs-Ayrım, Ağdaban, Xocalı faciələrindən onların da ürəyi burxuldu...

Bir az əvvəl əsgərlərlə səmimi söhbətimiz olmuşdu. Nağıl qəhrəmanlarıyla başlayan söhbətimiz qəhrəmanlarımızla tamamlanmışdı. Çavuş Yusif Nağıyev demişdi:

- Zamanında nağılları, nağıl qəhrəmanlarını biz də sevmişik. Elə həmin vaxtlarda müharibənin nə olduğunu ata söhbətlərindən, oxuduqlarımızdan, televiziyada gördüklərimizdən bilmişik. Elə o yaşlarımızda da dərk etmişik ki, müharibə döyüş, qəhrəmanlıq deməkdir. Qəhrəmanlarımızı tanıdıq və aydınlığıyla dərk etdik ki, nağıllar bizi bu qəhrəmanların qəhrəmanlığının mahiyyətini öyrənməyə, məqamında təkrarlamağa hazırlayırmış.

Nağılların bəm-bəyaz dünyasında yeniyetmələşənlər, gəncləşənlər gördülər ki, uşaqlıq illərində nağılçılardan eşitdikləri, oxuyub tanıdıqları qəhrəmanlar ayrı adla, ayrı biçim qəhrəmanlıqlarla onlarla çiyin-çiyinə, nəfəs-nəfəsə yaşayırmış. Gördülər də, tanıdılar da, sevdilər də. Hər biri torpaqlarımıza tamah salanlara qarşı döyüşlərdə Azərbaycan əsgərinin, zabitinin qəhrəmanlığının məzmununu, necəliyini düşüncələrinə köçürə-köçürə hərbi xidmətə başlayıb, əsgərləşib. Müharibə illərinin uşaqları belə böyüyüb.

Bir az əvvəl əsgər Bəhlul Hüseynov demişdi:

- Uşaqlıqda hamımız Məlikməmməd olmaq, düşmənin kökünü kəsmək istəmişik. Az sonra Qarabağda gedən döyüşlərin qəhrəmanlarını tanımışıq. İctimaiyyətin onlara sevgisini görmüşük. Böyüyəndə onların davamçısı olmağı qərara almışıq. Yəni biz nağıl qəhrəmanlarının deyil, real qəhrəmanların qəhrəmanlığını yaşada-yaşada, o qəhrəmanlıqlarla yaşaya-yaşaya böyümüşük.

Nə gözəl düşünürsən, Azərbaycan əsgəri! Bir daha, həm də dönməzliklə əmin oluram ki, sənin mənəvi-psixoloji hazırlığın belə düşüncələr əsasında formalaşdığı üçün bu səviyyədə yüksəkdir. Sən sevdiyin, qəhrəmanlıqlarını ömrünə yazdığın qəhrəmanların mənəvi varisisən, onların istəyini sən başa çatdıracaqsan!..

Nağılların fəlsəfəsi qəhrəmanlıqdı, qəhrəmanlığa aludəliyin, meylin, təşnəliyin təbliğidi, mahiyyəti etibarilə şər qüvvələrə qarşı mübarizədi. Azərbaycan əsgərinin düşüncələri uşaqlığından nağıllarımızın fəlsəfəsi əsasında mübarizəyə yönəldilib. Müharibə onları yaşından tez böyüdüb. Müharibə onların mübarizliyini döyüş əzmi səviyyəsinə, döyüş əzmini qələbə ruhu həddinə çatdırıb. Azərbaycan əsgəri ona görə güclüdü. Azərbaycan Ordusu belə əsgərlərin ordusudu.

Dünyada ikinci ən qədim insan məskəni Füzuli rayonu ərazisindəki Azıx mağarası olub. Yəni bəşərə bəşərilik, dünyəvilik işığı Azıx mağarasından düşüb. Azərbaycan əsgəri Ali Baş Komandanın döyüş əmriylə döyüşəcək, torpaqlarımızı işğaldan azad edəcək, qələbə qazanacaq, nağıl təfəkkürünün başlanğıcı olan bu mağaranı da azadlığa çıxardacaq...

Səngərdə əsgərlərə demişdim ki, mübarizlik xalqımızın yaşdaşıdı. Kaş o fikrin davamı kimi Mübarizliyi təkcə nağıllarla, nağılların fəlsəfəsiylə məhdudlaşdırmaq düzgün deyil. Mübarizlik milli-xəlqi ruhdan, milli mentalitetdən gəlir. Min illər əvvəl bu ruhu Cavanşirlər yaşadıb, sonralar Basatlar, Beyrəklər, Qaraca Çobanlar, Uzun Həsənlər, Xətailər, Cavad xanlar,... Bu ruh yaşarı ruhdu, yaşanıla-yaşanıla yaşadılan ruhdu. Azərbaycan Demokratik Xalq Cümhuriyyəti yarandı, bu ruh yaşadıldı, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, bu ruhu Azərbaycan zabiti, Azərbaycan əsgəri böyük sədaqətlə yaşadır", - deyəydim. Onu da deyəydim ki, on illərdi müharibəyə görə, müharibənin gerçəkliklərinə görə Azərbaycanımızda nağıl dünyası uşaqları cazibəsində saxlaya bilmir, nağıllar həmin nağıllardı, qəhrəmanlar həmin qəhrəmanlardı, zaman o zaman deyil - dünyanın arşını əyilib. Dünyanın əyilmiş arşınını Azərbaycan əsgərinin Böyük Qələbəsi düzəldəcək...

"Ağ atlı oğlan" filmi müharibənin fəlsəfəsini də açır, gerçəkliklərini də göstərir. Filmdə Murad aydın düşüncəsiylə, müharibəyə, müharibə aparanlara, Vətənə fərdi münasibətiylə həm müharibə illərinin uşaqlarını, həm də rəmz formatında xalqı təmsil edir. Murad nağıllara meyilli yaşda olsa da, döyüşlərdədi - döyüşür, harada olduğunu ailəsi də bilmir. Döyüşür - inanır, inanır - döyüşür. Ağ atlı oğlanların gələcəyinə, Ali Baş Komandanın əmriylə döyüşəcəyinə, müharibənin qurtaracağına inanır, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanır. Ona da inanır ki, Ağ atlı oğlanlar nağıl qəhrəmanları yox, qətiyyətiylə, döyüş əzmiylə, qələbə ruhuyla, Vətənə, dövlətə, dövlətçiliyə məhəbbətiylə tarixlər yazmağa qadir azərbaycanlı qəhrəmanlar olacaq.

Muradlar - müharibə illərinin uşaqları 2016-cı ilin Aprel döyüşlərini xatırlayır, əsgərlərin döyüş əzmini, qələbə ruhunu, Lələtəpədə, Bayraqtəpədə, Günnütdə əzəmətlə dalğalanan bayraqlarımızı xatırlayır. Bu xatırlamaların hər biri nağıllardan gerçəkliyə düşən işıqdı. Bu işıq xatırlayanların da, bizim də ürəyimizi telləndirir...

1993-cü ilin dekabr ayının 29-uydu. Murovdağın ətəyində - Zəligöldə blindajda bir səmimi söhbətin cazibəsindəydik. Sahib Aslanov tavar sazda "Qaraçı"dan "Ruhani"yə keçmişdi - xallar-güllər ruhumuzun nazını çəkmişdi. Sahib əsgərlərə xitabən demişdi:

- Nağıl qəhrəmanları sizin sevdiyiniz kimi sevilmir. Uşaqların qəhrəmanları siz olacaqsınız. O uşaqlar özlərindən kiçiklərə nağıl qəhrəmanlarından deyil, gerçək qəhrəmanlardan - sizlərdən danışacaqlar.
Onda mənə elə gəlmişdi ki, blindajın işığı artmaqdadı...

Hərbi xidmətə nağıl qəhrəmanlarından daha çox müharibə qəhrəmanlarını tanıyıb gələnlərin əhatəsində belə düşüncələr yaddaşımın "qırışığını açır". Yeniyetmələri gəncləşdirən, gəncləri əsgərləşdirən qəhrəmanlarımızı - Əlif Hacıyevi, Yusif Mirzəyevi, Vəzir Orucovu, Şirin Mirzəyevi, Etibar İsmayılovu, ... , Mübariz İbrahimovu xatırlayıram. Məni səngərdən bu xatırlamalar uğurladı. Sabahlarımızın qəhrəmanlarının əhatəsində dünənlərimizin qəhrəmanlarını xatırlamaq mənəvi borcödəmə kimi yaşanıldı...

...Nağılların fəlsəfəsi qəhrəmanlıqdı. Xalqın sabahlarını, qəhrəmanlıq məfkurəsi təmin edir; əsgərlərimiz işıqlı, nurlu sabahlarımıza xidmət edirlər.

Bayaq zabit İsaq Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərbi qulluqçuların vəzifə maaşlarının artırılması haqqında sərəncamını xatırlatmışdı. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Yusif Nağıyev demişdi:

- Vətənə xidmətdə təmənna olmur. Ölkə başçısının bu qayğısı bütün hərbi qulluqçuların hərbi xidmətə münasibətini daha da artırıb. Bilirik ki, hərbi xidmətimizin başlıca qayəsi torpaqlarımızın işğaldan azad edilməsidir. Taleyimdən razıyam ki, qələbə ilə nəticələnəcək döyüşlərdə mən də iştirak edəcəm. Nağıl qəhrəmanlarının gerçək qardaşlarıyla bir sırada...

... "Vətənə, xalqa, dövlətə xidmət ömrümüzün mənasıdır" deyən Azərbaycan əsgəri bilir ki, Muradların yolunu gözlədiyi Ağ atlı oğlan elə onun özüdü, səngərdaşıdı. Ali Baş Komandanın döyüş əmriylə döyüşəcək, "Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!" deyib döyüşəcək, qələbə ruhuyla döyüşəcək, gerçək qəhrəman olmaq üçün döyüşəcək... (AO)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Vətən  

Sənin üçün hər birimiz Mübarizik, Ana Vətən!

2019/07/a96f5-6255884524.jpg
Oxunub: 673     12:10     25 İyul 2019    