Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində müəllif məqaləsi dərc olunub.
Məqalə müəllifi, ömürlük həbsə məhkum olunan 34 yaşlı Emil Civçyana “Armavir” cəza çəkmə müəssisəsində rast gəlib.
Müəllifin sözlərinə görə, 40 günlük çağırışçı böhtanla ömürlük həbs olunursa, oradan ədalət gözləməyə dəyməz.
““Gündə bir neçə dəfə fiziki zorakılığa məruz qalırdım, amma mənəvi zərbə daha çox idi. 16 il əvvəl indiki halımdan daha çox ağılsız, sadəlövh, yəqin daha özünə güvənən idim. Ona görə ki, o zaman düşünürdüm ki, günahsız şəxsi necə mühakimə edə bilərlər. Daha sonra məcbur etdilər ki, guya mən etmişəm deyə nəsə deyim. Axır ki, günahsız olduğumu sübut edəcək, məhkəmə deyilən bir şey var, deyə inanırdım. Sadəlöhv idim...”

Öz dediklərinə görə əvvəllər çox kitab oxuyan Emil, indi görmə qabiliyyətinin zəifləməsinə görə çox oxuya bilmir. Bu boşluğu təmas qurmaqla doldurmağa çalışır.
“İnsanlarla təmas və mühit reallığı verir, kitab isə romantikanı qoruyub saxlayır. Deyirdilər ki, qəbul etsəndə-etməsəndə eynidir, artıq sən məhkum olunduğunu hesab edə bilərsən”.
2003-cu ilin avqust ayında Vanadzordakı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kiçik çavuş Arman Davtyan və Levon, Hamlet Barseğyan qardaşları qətlə yetirlir. Qətlin törədilməsində iki nəfər ittiham edilir. Bunlardan biri 40 günlük gənc çağırışçı olan əsgər, 18 yaşlı Emil Civçyan olur.
“Hadisədən sonra prokurorluq əməkdaşları hər gün gedir, gəlir yeni şəxslər aparıb, gətirirdilər. Bir gün də gəlib məni apardılar. Mənə dedilər ki, guya ölənlərdən Arman Davtyanla mənim aramda pul məsələsi olub və onu öldürmüşəm”.
İddia edilib ki, törətdiyi qətli gizlətmək üçün digər iki qardaşları da Civçyan qətlə yetirib. O, bildirir ki, bununla da film başlayıb. Yatdığı yerdə həbs edilərək ömürlük həbsə məhkum edilib. İlkin istintaq orqanı, hadisə baş verərkən Civçyanın yatdığı barədə 27 şahidin verdiyi izahatı görməzdən gəlib”, - deyə müəllif Civçyanın böhtana məruz qaldığını bildirib.
Müəllif qeyd edir ki, hərbi qulluqçunun yatdığı yerdə həbs edilməsi onun günahsız olmasının sübutudur.
““Gündə bir neçə dəfə fiziki zorakılığa məruz qalırdım, lakin mənəvi əzab daha çox idi. Bu vəziyyət müstəntiqlərdə, xüsusən də müstəntiq Xaçik Qaltaxçyan və Armen Hakobyanda çox yaxşı alınırdı. Müstəntiqlər deyirdi ki, qəbul etsən də, etməsən də eynidir, artıq sən məhkum olunduğunu hesab edə bilərsən. Müstəntiqlər mənim ağılsızlığımdan və təcrübəsizliyimdən istifadə etdilər”, - deyə Civçyan dilə gətirib.
Rəsmi ittiham görə, guya qətlin törədilməsinə səbəb Davtyanın Civçyandan aldığı 50 dollar pul olub. Həmin bu pula görə onu qətlə yetirdiyini iddia etdiklərini vurğulayır. Məhkum deyir ki, ölən hərbi qulluqçularla eyni məhəllədən olmaqlarına, hətta qohumluq əlaqələrinin olmasına da baxmayaraq, ölüm faktını onun boynuna qoyublar. İndiyədək də ölənləri kimin qətlə yetirdiyindən bixəbər olduğunu ifadə edib.
Məhkəmədə qətlə yetirilən Davtyanın atası bəyan edir ki, Civçyanın günahsız olduğuna inanır, lakin xahiş edir ki, əsl təqsirkarların adını desin. Lakin Civçyan hadisəni kimlərin törətdiyindən xəbəri olmadığını bir daha vurğulayır. Civçyan və iş üzrə ittiham edilən digər şəxs Arman Hovsepyan ömürlük həbs cəzasına məhkum edilirlər.
Civçyan əlavə edir ki, onun mühakimə edilməsi səhv addımın yox, yuxarıdan verilən təlimatın nəticəsidir. O, təlimatın yuxarıdan verildiyini və hərbi prokurorluğun daima ət çəkən maşın rolunda olduğunu xatırladıb. Qaqik Changiryanın prokuror olduğu zaman daim bu rolu icra etdiyini söyləyir.
O, Changiryanın adının hərbi prokuror vəzifəsində hallanmasına görə çox təəssüf edir. Ədalətin gec, ya tez bərpa ediləcəyinə ümid etsə də, keçmiş hərbi qulluqçu, hazırda məhkum Civçyan bunun çox gec baş verməsinə görə təəssüflənir. İllər öncə müstəntiqlər tərəfindən işgəncələrə məruz qalmasına görə, cinayət barədə məlumat verdiyini və 5 gün bundan öncə zərərçəkən kimi tanındığını bildirib.
O, bu yaxınlarda “Ermənistan Respublikasının Penitensiar Məcəlləsində dəyişikliklər və əlavələr edilməsi haqqında” Ermənistan qanunundan faydalanaraq qapalı cəza çəkmə rejimindən yarıqapalı rejimə keçid üçün müraciət etdiyini qeyd edib. Həllik müraciətinə cavab verilməsə də, ümidlə gözləyir. Məhkum edilmiş sabiq hərbi qulluqçu azadlıqdan mərhum edildiyi bu illər ərzində ailə qurduğunu dilə gətirib. İtirilən illərinin geri qaytarılmasının mümkün olmadığını dərk etsə də, heç olmasa ədalətə nail olacağına ümid bəsləyir. Heç kimdən heç bir tələbinin olmadığını qeyd edən Civçyan yalnız ədalət istəyir”, - deyə müəllif böhtana məruz qalan hərbi qulluqçuya kömək etmək istəyib.
Alpər Mövludoğlu
Ordu.az