“Posta qalxmamısan, buna görə də evə göndərmirik dedilər” – Erməni əsgər

2019/07/66607-1563970198.jpg
Oxunub: 647     10:08     25 İyul 2019    
“Səbəbini soruşanda dedilər ki, siqaret çəkmisən ona görə… Elə bil, axşam saat ondan səhər dördədək siqaret çəkməməli, yemək yeməməli idim ki, əməliyyat eləsinlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Spitak şəhər sakini, “Mənəm” layihəsi çərçivəsində işğal altında olan Qarabağın Əsgəran yaşayış məntəqəsindəki hərbi hissədə hərbi xidmət keçən 19 yaşlı müddətli xidmət hərbi qulluqçusu Armen Paravyana nəhayət hərbi hissə komandanlığı aylıq məzuniyyətini təqdim edib.

Daha öncə bildirildiyi kimi, Armen Paravyan “Mənəm” layihəsi çərçivəsində hərbi xidmətin əsas güzəştlərindən biri olan 1 həftəlik aylıq məzuniyyətindən məhrum edilib.

Hərbi qulluqçunun sözlərinə görə, layihə çərçivəsində verilən məzuniyyət güzəştindən onu ilk dəfə may ayında məhrum ediblər.

“Evə gəlməli olduğum birinci məzuniyyətimdə kəskin ağrılarım olduğuna görə postdan tez düşüdüyüm üçün buraxmadılar. Posta qalxmamısan, buna görə də evə göndərmirik dedilər. Lakin Xocalıdakı hospitala da göndərmədilər. Dedilər yer yoxdur ”, - deyə Paravyan bildirib.

Nəhayət onu hospitala aparır və əməliyyat edəcəklərini vəd edirlər. Lakin əməliyyat edilmir, qarnında kəskin ağrılarla geri hərbi hissəyə göndərilir: “Səbəbini soruşanda dedilər ki, siqaret çəkmisən ona görə… Elə bil, axşam saat ondan səhər dördədək siqaret çəkməməli, yemək yeməməli idim ki, əməliyyat eləsinlər. Saata baxmadan yatdığım yerdən oyanıb siqaret çəkmişdim. Həkimlər dedi ki, niyə siqaret çəkmisən, əməliyyat etmirik. Növbəti dəfə yazarlar gələrsən”, - deyə o diqqətə çatdırıb.

O, nəhayət İrəvanda müayinə edilərək əməliyyat olunacağına görə sevinir. Anası Muratsan hospitalında oğlunun nəhayət müalicə ediləcəyini gözləyir.

Ailə kasıb şəraitdə, yarıdağılmış komada yaşayır. Tikili hər an uca bilər. O, uşaqlarına və ailəsinə yardım edəcək xeyirxah insanlara ümid edir.

Xatırladaq ki, erməni hərbi qulluqçunun anası şikayət edərək bildirirdi ki, artıq üçüncü aydır oğlunu evə buraxmırlar və onun səhhətində problemləri var. Hərbi hissəyə getdikdən təqribən 1 ay sonra həkimlər hərbi qulluqçunu müayinə edərkən onun onurğa sütununda kista aşkar ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq  

“Posta qalxmamısan, buna görə də evə göndərmirik dedilər” – Erməni əsgər

2019/07/66607-1563970198.jpg
Oxunub: 648     10:08     25 İyul 2019    