Ordu.az xəbər verir ki, məsələ ilə bağlı aprel döyüşlərinin iştirakçısı olmuş bir qrup erməni gənc “Joğovurd” qəzetinə müraciət edib.
Onların sözlərinə görə, 2018-2019-cu tədris ilinə dair fond tərəfindən vəd edilən vəsait ödənilməyib. Müraciət edən tələbənin dediklərinə görə, fond bunu ləğv edilmə prosesində olması ilə izah edib.
Tələbələr təhsil haqlarının ödənilməyəcəyi təqdirdə etiraz aksiyasına başlayacaqlarını bildiriblər.
Fondun ləğv edilib-edilmədiyini müəyyən etmək üçün fondla əlaqə saxlamaq mümkün olmayıb. Məlum olub ki, qadağan edildiyinə görə telefon nömrələrinin heç birinə cavab verilmir.
Xatırladaq ki, Ermənistan hökumətinin 2018-ci il dekabrın 13-də verdiyi qərarla Təhsil və Elm Nazirliyi tərəfindən fonda 82 milyon dram köçürülüb. Bu vəsait ali təhsil müsəssisələrinə ödənişsiz təhsilə cəlb edilməyən, iki və daha artıq azyaşlı uşağı olan, 2016-cı il 2-6 aprel tarixlərindəki döyüşlər dövründə Ermənistan ordusunun tərkibində döyüş növbətçiliyi həyata keçirən, yaxud təxribatçı əməliyyatlarda iştirak edən tələbələrin təhsil haqlarının ödənişləri üçün nəzərdə tutulub.
Məlum olub ki, “Respublikaçılar” partiyasının təmsilçisi, Serj Sarkisyanın sevimlisi Karen Avakyanın rəhbərlik etdiyi fond 2018-ci ildə fəaliyyət göstərməyib, əmlak istifadə etməyib, layihələr icra etməyib və maliyyə yardımı axınları olmayıb. Lakin aşkar edilib ki, 2017-ci ildə fonda mədən sənayesi, ictimai təşkilatlar və digər qurumlardan kifayət qədər yuvarlaq vəsaitlər köçürülüb. İndi isə fond ləğvedilmə yolunu seçib və hökumət cari ilin ikinci yarısında fondun ləğv edilməsi barədə qərar qəbul edib.
Sentyabrın 1-dək ləğv edilməsi nəzərdə tutulan fondun əməkdaşlarının və əmlakının saxlanımasına 54 milyon 509 min 400 dram vəsait tələb olunduğu qeyd edilir.
Alpər Mövludoğlu
Ordu.az