“Türkiyə-Azərbaycan təlimləri daha intensiv keçirilməyə başlayıb” – Hovhannisyan

2019/06/12131-1560421691.jpg
Oxunub: 7455     14:07     24 İyul 2019    
“Azərbaycan silah almaqda, təlimlər keçirməkdə və hərbi xarakterli bəyanatlar verməkdə davam edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan “Orbeli” analitik mərkəzində “Qarabağ münaqişəsi, son tendensiyalar” mövzusunda aparılan müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, cəbhədə vəziyyət nisbətən sakit olsa da, vəziyyətə nəzarət etmək lazımdır.

“Aydındır ki, bəzi qısamüddətli gərginlikləri nəzərə almasaq, artıq heç olmasa ən azı 1-1.5 ildir ki, cəbhə bölgəsində sabit vəziyyətimiz mövcuddur. Yaranmış vəziyyət erməni tərəfinə birbaşa döyüş hazırlığına yönəlməyə imkan verir. Hələ bir neçə ay əvvəl biz külli miqdarda silah alınması barədə bəyan etmişdik. Ötən gün Müdafiə naziri bəyan etdi ki, alınacaq silahla bağlı sürprizlər olacaq. Digər tərəfdən Türkiyə-Azərbaycan təlimləri daha intensiv keçirilməyə, yaxud daha geniş nümayiş olunmağa başlayıb”, - deyə o bildirib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ  


Bizi "telegram"da izləyin