Xəzərdə desant əməliyyatına atəş dəstəyi üçün ən uyğun kater - ŞAHDAĞ (EKSPERT)

2019/08/5-7827542345.jpg
Oxunub: 2024     15:05     16 Avqust 2019    
Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin etmək, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində əməliyyat şəraitinə nəzarət etmək, təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətini təmin etmək, vəziyyətdən müfəssəl şəkildə xəbərdar olmaq, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığını yüksək səviyyədə saxlamaq istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə daim məqsədyönlü iş aparır.

Bunlardan biri də gəmi parkının yenilənməsi və müasir vasitələrin əldə olunmasından ibarətdir. Buna misal olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Türkanda yerləşən gəmilərin tikintisi və təmiri Mərkəzində inşa edilən növbəti dəniz vasitələri olan “Shaldag” Mk V (Azərbaycan versiyası “Şahdağ” adlanır) layihəli surətli patrul qayıqlarını göstərmək olar.

İndiyə qədər “Israel Shipyards” tərəfindən Hayfa tərsanəsində “Saar 4.5” bazasında yaradılan “Shaldag” katerlərinin 4 versiyası üzrə 33 ədəd kater inşa edilib. “Shaldag” Mk V kateri ilkin versiyasından artan üst quruluş və qapalı körpü ilə fərqlənir. Katerin göyərtəsinə yüngül helikopterin enməsi üçün meydança mövcuddur.

“Saar 4.5” katerlərində güc qurğusu kimi 4 ədəd MTU 16 V 4000 dizel mühərrikdən istifadə edilir. Mühərrikin maksimum sürəti 32 düyüm, kreyser sürəti isə 28 düyümdür. Kater 12-18 düyüm kreyser sürətilə 3200 dəniz mili məsafə qət edə bilər. Avtonom üzmə müddəti isə 14 gündür. Kater tam təchizatlı 25-35 nəfər və ya 24 nəfərlik xüsusi təyinatlı taqımı yerləşdirmək üçün nəzərdə tutulub.

Bu gəmilərin ölkəmizdə inşası üçün 2011-ci ildə Azərbaycan ilə İsrail Müdafiə Nazirliyinin Hərbi İxracat idarəsi (SİBAT) ilə müqavilə imzalanıb. 3-cü dərəcəli patrul gəmiləri sinifinə aid olan “Şahdağ” layihəli sürətli patrul qayıqlarının inşaat işləri bu müqavilə əsasında əsasında həyata keçirildi. Sənədə əsasən, “Israel Shipyards” tərəfindən Azərbaycanın sahil müdafiəsi xidməti üçün 6 ədəd “Şahdağ” itisürətli katerləri yerli şirkətlə birgə (burada İsrail lisenziyası və ehtiyat hissələri ilə yerli şirkətin müstəqil fəaliyyəti də istisna edilmir) hazırlanmalı idi. Katerlərin yığılması “Israel Shipyards” və yerli şirkətlərdən birinin mütəxəssisləri tərəfindən, İsraildən çatdırılan silah, texnika, ehtiyat hissələr və avadanlıqların köməyi ilə həyata keçirildi. Katerlərin yığılması Türkandakı Mərkəzdə 2014-cü ilin yayından 2015-ci ilin payızına qədər başa çatdırıldı.

Azərbaycan üçün istehsal edilən “Şahdağ” katerinin uzunluğu isə 32.6 m, eni 6.4 m, sututumu 95 tondur, maksimum suya oturması 1.25 metrdir, bu isə onun çaylarda belə istifadəsinə imkan verir.

“Şahdağ” katerlərinin korpusu alüminium ərintilərindən qaynaq edilib. Onun gövdəsi 6 hissəyə bölünür. Kater 6 ton faydalı yük daşıya bilir. Katerlər 80 nəfər şəxsi heyəti daşıyaraq sahilə çıxarmaqla desant kateri funksiyalarını da yerinə yetirə bilir. Desant əməliyyatının atəş dəstəyi üçün kater uyğun şəkildə silahlanıb.

Katerin silahlanmasına yan tərəflərdə yerləşdirilən silah modulları daxildir. Onların tərkibinə 23 mm 2A14 zenit və ya 30 mm məsafədən idarə olunan “Typhoon” artilleriya qurğusu, 2 ədəd 12.7 mm “Rafael Mini” tipli məsafədən idarə olunan iriçaplı pulemyot, 2 ədəd 7.62 mm-lik pulemyotu və 4 ədəd “Rafael Spike-NLOS” TƏİRK-in atıcı qurğusu daxildir. Bundan əlavə, katerdə hədəfləri aşkarlamaq üçün RLS və optik elektron atəşi idarəetmə stansiyası yerləşdirilib. Bu sistemlərin ABŞ-ın “Rayteon” şirkəti tərəfindən istehsal edildiyi və “I” diapazonunda fəaliyyət göstərdiyi ehtimal edilir.

“Şahdağ” katerlərində isə güc qurğusu kimi 2 ədəd MTU 16 V 4000 dizel mühərrikdən istifadə edilir. Mühərrikin maksimum sürəti 40 düyüm, kreyser sürəti isə 35 düyümdür. Kater 12 düyüm kreyser sürətilə 1000 dəniz mili, 32 düyüm sürətlə isə 650 dəniz mili məsafə qət edə bilər. Avtonom üzmə müddəti isə 6 gündür. Katerin heyəti 10-12 nəfərdir. “Şahdağ” kateri maksimal sürətini 1 dəqiqəyə toplaya bilir və 40 düyüm sürətdə 100 metr dönmə diametrinə malik olur, bu isə təlim və döyüş vəzifələri yerinə yetirərkən çox vacib göstəricilər hesab edilir.

Hazırda S-301 ilə S-306 arasındakı korpus nömrələrinə malik 6 ədəd kater Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin silahlanmasında mövcuddur və təyinatı üzrə döyüş növbətçiliyinə cəlb olunur. Katerin adındakı 301 rəqəmi “3-cü sinifin 1-ci kateri” mənasını daşıyır. Katerlərin hər birinin təchizatına görə dəyəri 19-49 milyon dollar arasında dəyişir. Qiymət diapazonunun bu qədər geniş olmasının, katerin təchiz olunduğu avadanlıqların bəzi versiyalarda 35 milyon dollara qədər vəsait tələb etməsi ilə bağlı olduğu ehtimal edilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Shaldag   DSX   Şahdağ  

Xəzərdə desant əməliyyatına atəş dəstəyi üçün ən uyğun kater - ŞAHDAĞ (EKSPERT)

2019/08/5-7827542345.jpg
Oxunub: 2025     15:05     16 Avqust 2019    