"Türkiyə "Pəncə əməliyyatı" nəticəsində Kandilə yaxın ərazidə baza qura bilər" - HƏRBİ EKSPERT (ANALİZ)

2019/06/resiz-1560234932.jpg
Oxunub: 3886     10:21     11 İyun 2019    
Türkiyə uzun müddətdir ki, İraq ərazisində mövcud olan terror qruplarını zərərsizləşdirmək üçün əməliyyat keçirmək niyyətini və bununla bağlı real təkliflərini rəsmi Bağdada təqdim edir, İraqın şimalındakı Kandil, Karaçok və Sincarda yerləşən terror təşkilatlarına qarşı əməliyyat keçirilməsinin anlayışla qarşılanmasını gözləyirdi.

Ankara İraq tərəfinə üç variant təklif edilirdi:

1. Əməliyyatı Türkiyə həyata keçirir;
2. Əməliyyat birgə həyata keçirilir;
3. Əməliyyatı Türkiyə dəstəyi ilə İraq həyata keçirir.

Sonda Türkiyənin "Pəncə" əməliyyatına təkbaşına başlanması barədə razılıq əldə olundu. Son zamanlar Türkiyə ilə İraq arasında diplomatik məsləhətləşmələrin intensivləşməsinin müşahidə olunması diqqəti cəlb etməyə bilməzdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2019-cu ilin mayın 15-də İraq baş naziri Adil Abdulmehdini qəbul etməsi, görüşdə həm Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, həm Müdafiə nazirinin, həm də Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın iştirak etməsi, artıq İraq ərazisində əməliyyatların keçirilməsinin anonsunu verirdi. Ardınca İraq Baş naziri Adil Abdulmehdini "Torpaqlarımızdan Türkiyəyə qarşı təhlükəsizlik təhdidlərinin meydana gəlməsini qəbul etmirik" sözləri hərbi əməliyyat üçün "yaşıl işıq" hesab edildi. Yaxın zamanlarda bir çox Türkiyə şirkətlərinin, o cümlədən hərbi sənaye müəssisələrinin təkrar İraqa dönməsi də istisna edilmir.

İntensiv məsləhətləşmələrin nəticəsində Türkiyə Silahlı Qüvvələri mayın 27-si günorta saatlarında İraqın şimalında və İran sərhədinə yaxın bölgədə yerləşən PKK terror təşkiilatının silahlılarının zərərsizləşdirilməsi məqsədilə irimiqyası "Pəncə" adlanan antiterror əməliyyatına başladı. "Pəncə" əməliyyatının məqsədi Türkiyəyə qarşı terror təhdidinin təmamilə aradan qaldırılmasıdır. Xüsusi Təyinatlı Qrupların düşmənin arxasında təxminən 2600-2900 m yüksəklikdə hələ də qarla örtülü olan ərazilərə helikopterlə çatdırılması kadrları əməliyyatın miqyasının genişliyini və ərazi şərtlərinin mürəkkəbləyini nümayiş etdirir. Əməliyyat üçün məhz yay aylarının seçilməsi təsadüfü deyil. Çünki qış aylarında - 40 dərəcəyədək soyuq havanın hakim olduğu Hakurk bölgəsi Türkiyə sərhəddindən 25-40 km məsafədə yerləşir, Kandildən gələn terrorçuların həm Türkiyə ərazisinə, həm də Suriyanın Fərat çayının şərq sahilinə sızdırılması üçün ən çox istifadə edilən keçid məntəqələrindən biridir.

Əməliyyatın əvvəlində keçirilən artilleriya və aviasiya hazırlığında "Fırtına" haubitsalarının və Diyarbəkir aviabazasından havaya qalxan F-16 qırıcılarının zərbələrindən geniş istifadə edilir. Coğrafi ərazi şərtlərinə görə qırıcıların istifadəsinin qeyri-mümkün olduğu ərazilərdə "Atak 129" helikikopterləri tətbiq edilir. 27 may saat 20:00 radələrində, hədəflərə artilleriya hazırlığı dövründə atəşlə zərər vurulmasından sonra bölgəyə Türkiyə Silahlı Qüvvələrinin hissə və bölmələri yeridildi. Xüsusi təlim keçmiş komando bölmələri isə döyüş əməliyyatları ərazisinə helikopterlərlə göndərildi. Gecə əməliyyatları aparmaq üçün tam təchiz olunmuş təcrübəli müddətdən artıq xidmət edən şəxsi heyət hazırda hədəflərin məhv edilməsi üçün əməliyyatlar həyata keçirirlər. Əməliyyatın digər bir mühüm tərəfi İranın da PKK-nın qolu hesab edilən PJAK-a qarşı əməliyyatlara başlamasıdır. "Pəncə" əməliyyatının Bərzani ilə HDP arasında fikir ayrılığına səbəb olması da diqqətlərdən yayınmır.

Türkiyə Prezidentinin İraq Baş naziri ilə görüşündən 12 gün sonra, hərbi əməliyyatların başlanmasının səhəri günü, yəni mayın 28-də İraq Prezidenti Bəhram Saleh ilə Vəhdəddin sarayında görüşməsi, iki prezidentin görüşündə yenə də Xarici İşlər naziri və MİT rəhbərinin iştirak etməsi, artıq bu dəfə keçirilən əməliyyatların əvvəlkilərdən fərqli olaraq İraq tərəfi ilə razılaşdırıldığını sübut etdi, bu isə Türkiyə üçün çox vacib idi. Bütün bu vacib detalları birləşdirdikdə isə hələ rəsmi açıqlama olmasa da, Türkiyə ilə İraq arasında hərbi əməkdaşlıq və təhlükəsizlik haqqında razılaşma əldə olduğunu ehtimal etmək mümkündür.

Müdafiə naziri Hulusi Akar, Silahlı Qüvvələrin Baş qərargah rəisi Yaşar Gülər və Qoşun Komandanlarının rəhbərliyi altında əməliyyat addım-addım irəlləyir. TSQ-nin idarəetmə məntəqəsində Hərbi Dəniz Qüvvələri Komandanının yer alması, onun tabeliyində olan dəniz piyadalarının və ya xüsusi hazırlıqlı qrupların da bu əməliyyatda iştirak etməsini göstərir. MİT rəhbərliyinin də əməliyyatların həm razılaşdırılması, həm planlaşdırılması, həm də həyata keçirilməsində iştirakı diqqəti cəlb edən məqamlardandır. Əməliyyata qatılan xüsusi təyinatlı hissə və bölmələrin PKK terror qruplaşmasına aid sığınacaq, mağara və silah anbarlarının mövqelərini müəyyən edərək, sözügedən hədəflərə zərbə endirməsi və onların məhv edilməsi uğrunda fəaliyyətləri uğurla davam etdirilir. Əfsuslar olsun ki, əvvəllər də keçirilən bu tip əməliyyatlar hələ də arzuedilən maksimum nəticəni vermədiyi üçün Türkiyə Silahlı Qüvvələri təhlükəsizlik məsələsinin birdəfəlik həll edilməsinə yönələn "Pəncə" əməliyyatına başlamağa məcbur oldu. Əvvəlki əməliyyatlar başa çatdıqdan sonra TSQ-nin ölkə sərhədlərinə dönməsi yenidən terror təşkilatlarının aktivləşməsinə səbəb olurdu. Əməliyyata rəhbərlik edən Müdafiə naziri Hulusi Akar TSQ tərəfindən bu bölgədə həm terrorçuların məhv edilməyəcək bir mağarasının qalmayacağı, həm də Hakurk, Kandil, Zap, Avaşin, Basyan, Azez və digər bölgələrdə müəyyən edilən terror hədəflərinin ilk dəfə təmamilə yerli və milli raketlərin dəstəyi ilə məhv ediləcəyi bildirildi. Əməliyyatların indiki mərhələsi üçün əsasən Hakurk bölgəsinin seçildiyi, daha sonra isə terrorçuların yerləşdiyi digər bölgələrə keçid ediləcəyi də qeyd olunurdu. Kandilin İraq və İranın ərazisini əhatə etməsi, burada onlarla kəndin yerləşməsi, terrorçuların isə mülki əhali kimi maskalanması böyük ehtimalla nöqtə atışlarını həyata keçirmək zərurətini yaradacaq.

Hazırda əməliyyat uğurla davam etdirilir. Əməliyyat çərçivəsində terrorçuların döyüş bölgəsindən çəkilmə yollarının bağlanılmasına xüsusi diqqət yetirilir. Bu əməliyyat həm də İraq və İranın təhlükəsizliyi baxımından çox vacibdir. PYD/YPG-yə qarşı da əməliyyatların keçirilməsi məqsədilə döyüş teatrının Fərat çayının şərqinə tərəf genişləndirilməsi, orada mövcud olan terror təşkilatlarının üzvlərinin mühasirəyə salınması üçün də fəaliyyətlərin həyata keçirilməsi ehtimal edilə bilər.

Əslində təhlükəsizlik probleminin daim mövcud olduğu Türkiyənin belə bir əməliyyata ehtiyacı çoxdan yaranmışdı. Lakin müttəfiqlər və qonşu dövlətlərlə əməliyyat detallarının razılaşdırılması, bir qədər zaman tələb edirdi.

Digər tərəfdən isə kifayət qədər sürətlə inkişaf edən Türkiyə müdafiə sənayesinin istehsal etdiyi yeni məhsullarının qoşun sınaqlarının PKK üzərində keçirilməsi istənilən variantda Türkiyənin milli maraqlarına cavab verir:

1. Sınaqlar zamanı sursatlar boş ərazilərə deyil, xain terrorçular üzərinə atılacaq;
2. Silahların real gücü və imkanları təyin ediləcək;
3. Silah və ya sistem "Real döyüş əməliyyatlarında tətbiq edilib" markasını qazanacaq;
4. Rəqiblərə və müştərilərə boş söz ilə deyil, real silahın hazırlanması, istehsalı və tətbiqi ilə bağlı konkret ismarıc veriləcək.

"Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalındakı terrorçu yuvalarına zərbə endirmək üçün ROKETSAN tərəfindən hazırlanan və ilk dəfə 2017-ci ildə IDEX-2017 sərgisində təqdim edilən, 2.5 ton kütləyə və 470 kq döyüş başlığına malik yerli və milli "Bora" raketindən istifadə edildi. Raketlər Belarusun 4 oxlu "Volat" daşıyıcılarının üzərində yerləşdirilib. Yalnız raketlərin 800-900 km sürətlə uçarkən özünün və hədəflərinin koordinatlarını peyk üzərindən dəqiq təyin edib izləyən GPS və ANS alqoritmli cihazları ABŞ-dan idxal edilirdi, hazırda onların da yerli istehsalını təşkil etmək üçün tədbirlər görülür.

Yeri gəlmişkən, "Bora" raketinin sınaqlarından narahatlığını ifadə edən ölkələrdən biri də Yunanıstan olub. Raketlər, İzmirdən paytaxt Afinaya 230, Selanikə isə 270 kilometr məsafədə olduğu üçün Yunanıstan tərəfindən təhdid kimi qiymətləndirilib.

Cari ilin aprelində ROKETSAN-ın sözügedən ballistik raketinin texnoloji cəhətdən təkmilləşdirilmiş və mənzili uzadılmış versiyası üzərində işləməyə başladığını xəbər vermişdik. Xatırladaq ki, üzərində çalışılan "Bora-2" raketi Türkiyənin ilk taktiki "Bora-1" raketinin daha təkmil ballistik versiyası olacaq. Qeyd edək ki, təxminən milyon dollar qiymətə malik olan "Bora-1" raketi 280 kilometr mənzilə malikdir.

10 ilə 50 metr arasında hədəfdən yayınma ehtimalına malik 610 mm çaplı "Bora-1" 300 metr radiusda düşmənin bütün canlı heyətini və texnikasını məhv edərkən "at və uzaqlaş" taktikasından istifadə edir. Onların bu əməliyyatda tətbiq edilməsinin hansı məna daşıdığına nəzər salsaq, o zaman Türkiyənin sözdə müttəfiqləri, əslində isə real rəqiblərinə qoşulan ölkələrə və əzəli düşmənlərinə "Əgər mənim maraqlarıma daxil olan bölgələri "uçuşlara qadağan olan" bölgə elan etsəniz və mənim aviasiya, pilotsuz zərbə vasitələrim həmin ərazilərdəki hədəflərə zərbə endirmək imkanından məhrum olarsa, o zaman "Bora" raketlərinin köməyindən istifadə etməyə məcburam" ismarıcını çatdırdığını görərik. Digər tərəfdən əldə edilən məlumatlara əsasən hədəfi məhv etmək üçün qırıcı və ya zərbə PUA-sını qaldırmaqla zaman itirməmək məqsədilə raket zərbəsindən istifadə ən sürətli və doğru seçim hesab edilir. Təsdiqləməyən məlumatlara görə, İraqda raket zərbəsi ilə məhv edilən hədəf Türkiyə sərhəddindən 160 km aralıda olub. Raketin start mövqeyinin Türkiyə sərhəddindən daxilə doğru 65 km-də yerləşdiyini nəzərə alsaq, "Bora"nın 235 km məsafədə yerləşən hədəfə zərbə endirdiyini ehtimal edə bilərik.

Növbəti "Bora-2" raketinin atəş məsafəsinin isə 1000-1500 km ola biləcəyi bildirilir. Əslində 300 km atəş məsafəsinin əldə edilməsi kritik və çətin məsələdir, bu daha uzaqmənzilli raketlərin hazırlanmasının əsas şərtidir və texnoloji baxımdan mürəkkəb proses hesab edilmir. Bildiyimiz kimi, 300 km-dən artıq mənzilə sahib sursatlar ballistik raket sinifinə aid edilir və onların sınaqlarının qaydaları fərqlidir. Türkiyənin ilk ballistik raketinin gələcək döyüş əməliyyatlarında tətbiqi istisna olunmur. Bu əməliyyatda Tükiyənin sınaqdan çıxara biləcəyi onlarla raket, TƏİRK və atəşi idarəetmə sistemləri də movcuddur. Aşağıda adı çəkilən silah sistemlərinin bir çoxu əvvəlki hərbi əməliyyatlarda artıq tətbiq edilib, müsbət və mənfi cəhətləri təhlil edilib, çatışmazlıqlar aradan qaldırılıb. Onların təkrar istifadəsi və ya yenilənmədən sonra tətbiqi təmamilə mümkündür.

"Atak 129" helikopteri vasitəsilə ROKETSAN-ın yerli mühərrikə sahib SOM-J uzaqmənzilli raketinin, lazer başlıqlı "Teber" raketinin, ortamənzilli OMTAŞ tank əleyhinə raketinin, uzaqmənzilli UMTAŞ tank əleyhinə raketinin, "Tanok" lazer başlıqlı sursatının, "Cida" idarəolunan yaxınmənzilli raket kompleksinin və s. kimi müasir silah sistemlərinin də döyüş tətbiqi mümkündür.

ASELSAN şirkətinin də "Pəncə" əməliyyatında ROKETSAN şirkəti ilə birgə istehsal edilən "Hisar-A" və "Atmaca" HHM sistemi, "Tufan" elektromaqnit topu, "Korkut" və "Gökdeniz" kompleksinin atıcı qurğusu, "Koral" REM kompleksi, müasir müşahidə və rabitə vasitələri, raketlər üçün lazer başlıqları, məsafədən idarə edilən "Sarp-L" və "Sərdar" kompleksi də ilk dəfə hərbi əməliyyatlarda istifadə edilə bilər.

BMC şirkətinin istehsal etdiyi "Altay" tankının, "Otokar" şirkətinin elektriklə çalışan mühərrikə sahib "Kobra II" zirehli vasitəsinin, "Nurol Makina" şirkətinin "Əjdər Yalçın" zirehli vasitəsinin, FHSS şirkətinin KAPLAN 10 tırtıllı döyüş maşınının və ZAHA zirehli desant vasitəsinin qoşun sınaqları üçün real fürsət yaranıb, bu imkanlardan yararlanmamaq isə doğru olmazdı.

STM şirkəti istehsal etdiyi asimmetrik müharibədə istifadə məqsədli, uzaqdan idarə olunan, kvadrokopter tipli KARGU və sabit qanadlı ALPAGU BLOCK II zərbə PUA-larının dağlıq ərazidə GPS siqnallarını qəbulu və idarəetmənin rahatlığı kimi vacib faktorlarını dəqiqləşdirmək üçün də "Pəncə" əməliyyatı müstəsna bir fürsət kimi dəyərləndirilməlidir.

TUSAŞ-a aid "Hürkuş" təlim təyyarəsinin və "Atak 129" helikopterlərinin (texnoloji sistemləri ASELSAN şirkətinə aiddir) yerli topa sahib ağır "Atak 2" modelinin də imkanlarının döyüş şəraitində yoxlanılması realdır.

Həmçinin daha əvvəllər istifadə edilən "Baykar" şirkətinin "Anka", "Anka Aksüngür", "Bayraktar TB-2" və "Akıncı" kimi müxtəlif təyinatlı PUA-ları ilə bərabər "Asis Elektronik ve Bilişim Sistemleri A.Ş" şirkətinin istehsalı olan yeni "Songar" və "Salgur" mikro zərbə dronlarının döyüş əməliyyatında debütü keçirilə bilər.

"Ata Arms" şirkətinin dəyişən çaplı ASR "Multi Kalibre" (çox çaplı) snayper tüfəngi və 250 metr məsafədə lazer şüası ilə düşmənə ziyan vurmağa qadir TÜMOL lazer sisteminin də ilk dəfə istifadəsi mümkündür.

Hakurkda yerləşən terror yuvalarına qarşı əməliyyatda Bitlisin Tatvan rayonunda yerləşən 10-cu Komando Briqadası və Hakkari Dağ və Komando Briqadasının şəxsi heyətinin iştirak etdiyi məlumdur. Əməliyyat çərçivəsində Hakurkdan, Zap və s. ərazilərdən başqa Kandil ərazisində yerləşən terror yuvalarına və sığınacaqlarına yerli əhalinin zərər görməməsi məqsədilə nöqtə zərbələrinin endiriləcəyi gözlənilir.

İyunun 9-da TSQ tərəfindən məhv edilən mağaralardan birinin 13 otağı və 4 girişi olduğuna aid görüntüləri izlədik. Mağarada gündəlik yaşayışı təmin edən çox sayda vasitələrdən başqa, 200 ədəd elektiklə partlayan detonator, 100 ədəd normal detonator, 15 cərəyan mənbəyi, 2 kisə ammonium nitrat, 1 ədəd binokl, 15 ədəd AK-47 xəzinəsi, 13 ədəd əleyhqaz, T3 minaatan nişangahı, 2 ov tüfəngi və müxtəlif növ döyüş sursatı ələ keçirilərək TSQ tərəfindən məhv edildi.

Başqa bir bölgədə aşkar edilən sığınacaqda isə ərzaq və yataq dəstlərindən başqa 12 ədəd qida mənbəyi, 12 ədəd elektriklə və 12 ədəd təzyiq altında işə düşən, kustar üsulla hazırlanan partlayıcı ələ keçirildi. Bütün bunlar PKK-nın nə qədər ciddi maddi texniki bazaya və terror aktlarına hazır olduqlarını göstərir.

Bu günə qədər aparılan antiterror əməliyyatları nəticəsində 43 terrorçu, çox sayda sığınacaq, patlayıcı maddə, silah və sursat anbarları zərərsizləşdirilib.

Xatırladaq ki, TSQ-nin növbəti hədəfinin Münbiç olacağı hər kəs tərəfindən qəbul edilir, digər tərəfdən isə Suriya sərhədinə doğru zirehli vasitələrin və canlı qüvvələrin daşınması davam edir. Hazırda bu ərazidə 100 ədəddən artıq müxtəlif təyinatlı zirehli vasitələr mövcuddur.

ASO-nun hərbi hissələrinin də bu ərazilərin YPG-dən təmizlənməsi üçün TSQ-dən siqnal gözləməsi, terror təşkilatlarının bölgədəki türkmən və digər millətlərdən dəstək ala bilməməsi və əvvəlki əməliyyatlarda əldə edilən nəticələrin analiz edilməsi və s. indidən "Pəncə" əməliyyatının son nəticəsini ehtimal etməyə imkan verir. Son məlumata görə, "Pəncə" əməliyyatı çərçivəsində toplam 43 terrorçu məhv edilib. Əməliyyat zonası genişləndirilir, gedikcə daha çox ərazi terror qruplaşmasının üzvlərindən təmizlənir. Əməliyyatdan sonra TSQ-nin qış aylarında təminat və təchizatın çətin olmasına baxmayaraq, terror qruplaşmasının üzvlərinin yerdəyişməsinə nəzarəti davamlı olaraq həyata keçirmək üçün müəyyən sayda nəzarət məntəqələrini və onları idarə edən müvəqqəti hərbi bazasını bu ərazidə yerləşdirməsi mümkündür. Çünki əvvəlki əməliyyatlar başa çatdıqdan sonra TSQ-nin ölkə sərhədlərinə dönməsi, yenidən terror təşkilatlarının aktivləşməsinə gətirib çıxarırdı.

Antiterror əməliyyatının son məqsədinin Kandilin təmizlənməsi olduğunu nəzərə alsaq, həm Türkiyə ərazisinə terrorçuların keçidinin çətinləşməsi, həm də 150 km məsafədən döyüşlərin təminatının həyata keçirilməsinin 40 km daha da yaxınlaşdırılması baxımından Hakurkda Türkiyə hərbi bazasının yaradılması ciddi üstünlük qazandıra bilər. Ümumiyyətlə, Türkiyənin son illərdə artıq öz təhlükəsizliyini sərhədlərindən kənarda təmin edilməsi konsepsiyasına üstünlük verməsi, sözügedən bazanın yaradılması ilə uyğunluq təşkil edir.

Artıq fəaliyyət məkanlarının daraldığını hiss edən bəzi terrorçuların Ermənistana və işğal altında olan Qarabağ ərazisinə keçidi barədə məlumatlar mövcuddur. Bu məqsədlə əməliyyatların məntiqi davamının işğal altında olan ərazilərə doğru uzadılması və Azərbaycan Silahlı Qüvvələri ilə birgə keçirilməsi məqsədəuyğundur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Pəncə-əməliyyatı   PKK   Terror  

"Türkiyə "Pəncə əməliyyatı" nəticəsində Kandilə yaxın ərazidə baza qura bilər" - HƏRBİ EKSPERT (ANALİZ)

2019/06/resiz-1560234932.jpg
Oxunub: 3887     10:21     11 İyun 2019    