“Əsgərlərimizlə qürur duyuruq” - FOTO

2019/05/90190-1559133187.jpg
Oxunub: 866     14:01     31 May 2019    
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun diqqət və qayğısının nəticəsidir ki, ordumuzun bütün bölmələrində sosial-məişət şəraiti yüksək səviyyədədir.

Yeni yeməkxanalar, yataqxanalar, hamam və camaşırxanalar istifadəyə verilib. Azərbaycan əsgərinə göstərilən yüksək diqqət və qayğı, yaradılan yüksək məişət şəraiti, hərbi xidmətin uğurları üçün zəmin yaradır. Azərbaycan Ordusunda xidmət edən hər bir gənc rahat şəraitdə, çətinlik çəkmədən uğurlu xidmət edir.

Cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində döyüş postundan dayaq məntəqəsinə qayıdanda günəş asta-asta qüruba meyillənirdi. Zabit Qalibiyyət Əliyev bizi ən son avadanlıqlarla təmin olunmuş hamam-camaşırxana ilə də tanış etdi. Zabit bildirdi ki, yüksək məişət şəraiti əsgərlərə sağlam mənəvi-psixoloji ruh aşılayır, onların döyüş əzmini daha da artırır. Onu da qeyd etdi ki, belə şəraitdə xidmət edən əsgərlərimizi yalnız bir məsələ düşündürür - döyüş vərdişlərini möhkəmləndirmək, qarşıda dayanan mühüm tapşırığı yerinə yetirmək!
Bir neçə hissədən ibarət olan hamam-camaşırxana sisteminin xarici görünüşü də ürəkaçandır. Çirkli camaşırların qəbulu, yuyulub-ütülənməsi və təmizlənmiş camaşırların saxlanc otaqları ilə tanış olduq.

Səliqəli geyim formasında xidməti vəzifələrini yerinə yetirən qadın operatorlar bütün işləri avtomatlaşdırılmış rejimdə görürlər və əl əməyindən demək olar ki, istifadə etmirlər. Təmizlik, səliqə-sahman göz oxşayır.

Operatorlarla söhbətləşdik, gördükləri işlər haqqında soruşduq. Şəlalə Şahverdiyeva bu binanın iki hissədən ibarət olduğunu bildirərək dedi ki, indi olduğumuz yer camaşırxana hissəsi sayılır. “Burada çirkli camaşırlar qəbul olunur, yuyulub-ütüləndikdən sonra çeşidlənib anbara yığılır. Sonda anbardan bölmələrə təhvil verilir. Yeni avadanlıqlar işimizin səmərəsini daha da artırır və çamaşırların tez zamanda tər-təmiz yuyulub təhvil verilməsinə zəmin yaradır”.

Operator Validə Həsənova bizi hamamla tanış etdi. O, şəxsi heyətin hər həftə təyin olunmuş günlərdə çimdiyini dedi.

"Burada duş otağı, bərbər otağı və soyunub-geyinmə otağı var. Şəxsi heyət hamama gəldikdə əvvəlcə saçlarını səliqəyə salırlar və duşdan sonra onlara təmiz paltarlar verilir. Geniş duş otağı daim isti-soyuq su ilə təmin olunur. Bütün bölmələr ən yeni avadanlıqlarla təchiz edilib. Biz üzərimizə düşən vəzifəni vaxtında və keyfiyyətlə yerinə yetiririk. Əsgərlərin hər biri bizim övladlarımızdır. Onlara qulluq etmək hər birimiz üçün sevindiricidir. Əsgərlərimizlə fəxr edirik, onlara xidmət etməkdən qürurlanırıq".

Mahmud Möhbalıyev, A. O
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Azərbaycan-əsgəri  

“Əsgərlərimizlə qürur duyuruq” - FOTO

2019/05/90190-1559133187.jpg
Oxunub: 867     14:01     31 May 2019    