ABŞ nümayəndə heyəti hərbi hissədə olub - VİDEO (FOTOLAR)

2019/05/d5f86-1559034005.jpg
Oxunub: 28726     12:48     28 May 2019    
Azərbaycana səfəri çərçivəsində ABŞ Konqresi Nümayəndələr palatasının xarici işlər, silahlı qüvvələr və təxsisatlar üzrə komitələri üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti hərbi hissələrdən birini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, nümayəndə heyəti üçün ölkəmizin beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakına dair brifinq təqdim edilib, Əfqanıstanda və İraqda keçirilən əməliyyatlarda iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş təşkil olunub. Qonaqlar şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün hərbi hissədə yaradılan şəraitlə tanış olublar.


Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara Azərbaycanla ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər, regional təhlükəsizlik, eləcə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və onun nəticələri barəsində ətraflı məlumat verilib.







Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Azərbaycan-Ordusu   ABŞ-Konqresi  


Bizi "telegram"da izləyin