Hərbi qulluqçularımızın fiziki hazırlığı yüksək səviyyədədir - FOTO

2019/05/2abf0-1559025130.jpg
Oxunub: 895     10:31     28 May 2019    
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində şəxsi heyət günün nizam qaydasına uyğun olaraq fiziki hazırlıqla məşğul olurdu.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Vüsal Bayramov şəxsi heyətə keçirilən dərs və məşğələlərdən ətraflı söhbət açdı.

- Təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyətə məşğələ keçir, hərb bilik və vərdişlər aşılayırıq. Şəxsi heyət fiziki hazırlıq məşğələsində də fəal iştirak edir. Əsgərlərimiz yaxşı dərk edirlər ki, yüksək döyüş və fiziki hazırlıq qələbəni şərtləndirən amillərdəndir. İdmana böyük maraq göstərən əsgərlərimiz ordu üzrə keçirilən yarışlarda da fəal iştirak edir, hərbi hissəmizin idman şərəfini ləyaqətlə qoruyurlar.

Kiçik çavuş daha sonra söhbətinə davam edərək bildirdi ki, fiziki hazırlıq məşğələsi üçün hərbi hissəmizdə hərtərəfli şərait var. Məşğələlər əsasən bir çox müasir qurğulara malik idman şəhərciyində və maneələr zolağında keçirilir. Bu şərait şəxsi heyətə yetərincə məşğələ keçməyə, onların fiziki hazırlıqlarını artırmağa imkan verir. Əsgərlərin dərslərdə həvəslə iştirak etməsi məşğələlərin daha da səmərəli olmasını təmin edir. Məşğələlərdə fəal iştirak edən əsgərlər getdikcə daha çevik və cəld olurlar. Xidmətlərində uğurlar qazanırlar.

İdman şəhərciyində məşq edib hazırlıqlarını artıran əsgərlərlə də söhbət etdik.

Əsgər Xəyal Abulov dedi ki, hərbi xidmətə çağırıldıqdan sonra idmanla məşğul olmağa başlayıb.

“Yeri gəlmişkən, hərbi hissəmizdə əsgərlərin fiziki hazırlığına çox ciddi fikir verilir. Dərslər və məşğələlər vaxtlı-vaxtında keçirilir. Biz məşğələlərdə fəal iştirak edir, döyüş və fiziki hazırlığımızı artırırıq. İndi əminliklə deyə bilərəm ki, hər birimizin fiziki hazırlığı yüksək səviyyədədir”.

- “Komandirlərimizin rəhbərliyi ilə keçirilən fiziki hazırlıq məşğələsinin sayəsində idman artıq hər birimizin həyat tərzinə çevrilib. Güclü və dözümlü olmağımız üçün komandirlərimiz əllərindən gələni əsirgəmirlər. Hər bir idman fənnini uğurla həyata keçirmək üçün bilik və bacarıqlarını bizimlə bölüşürlər. İstəklərimizi də həmişə nəzərə alırlar. İdmana olan həvəsimiz çoxalıb, fiziki imkanlarımız da gündən-günə artır. Hərbi xidmətdən sonra da idmanla məşğul olmağa davam edəcəm. Çox istəyirəm ki, idman yarışlarında iştirak edim, Vətənimin üçrəngli bayrağını xarici ölkələrdə dalğalandırım”, - əsgər Yaşar Mustafayev belə dedi.

Əsgərlərdən Hüseyn Kazımov, İsmət Ələkbərzadə, Pərviz Cəfərzadə, Kamran Məhərrəmov, Natiq Nuruşov və digərləri də hərbi xidmətlərindən, fiziki hazırlıq məşğələlərində fəal iştirak etmələrindən və idmana olan maraqlarından danışdılar, qətiyyətlə dedilər ki, idman hər birimizin həyat tərzidir.

Orxan Hüseynli, A.O
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Döyüş-tapşırığı   Azərbaycan-Əsgəri  

Hərbi qulluqçularımızın fiziki hazırlığı yüksək səviyyədədir - FOTO

2019/05/2abf0-1559025130.jpg
Oxunub: 896     10:31     28 May 2019    