ATƏT-in Minsk qrupu həmsədrləri regionda səfərdədir

2019/05/915ce-1558955564.jpg
Oxunub: 26968     15:08     27 May 2019    
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan öz "twitter" səhifəsində yazıb. İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədləri Ermənistan xarici işlər naziri Zohrab Mnasakanyanla görüşüblər.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər Azərbaycana da səfər edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ATƏT-in-Minsk-qrupu-həmsədrləri  


Bizi "telegram"da izləyin