İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi əmlakın oğurlanaraq satılması ilə bağlı daha bir cinayət işi açılıb.
Ordu.az xəbər verir ki, zabit D.Avenasyanın təqdimatına əsasən hərbi hissədən benzin oğurlayaraq satan hərbi qulluqçu Yura Qasparyan barəsində cinayət işi başlanılıb.
İstintaqı aparan hərbi prokurorluğun müstəntiqi müəyyən məbləğ pul “hədiyyə” əvəzində Y.Qasparyanla razılaşaraq cəzanı yüngüləşdirmək məqsədilə cəmi 40 litr benzin oğurlandığını sənədləşdirib.
Araşdırma davam edir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Qarabağ