UNEC-in təşəbbüsü ilə hərbi hissədə tədbir keçirilib - FOTOLAR

2019/05/61158-9352796796.jpg
Oxunub: 1112     18:44     25 May 2019    
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə 26 iyun – Silahlı Qüvvələr Gününədək davam etdiriləcək “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçirilir.

Ordu.az xəbər verir ki, aksiya çərçivəsində cəbhəboyu zonalarda, ön xətt bölmələrində universitetin müəllim və tələbələri polad dəbilqə, əsgər libası geyinərək igid Vətən müdafiəçiləri ilə birlikdə rəmzi döyüş növbəsində dayanacaqlar.

Qonaqlar şəxsi heyətin mədəni-asudə vaxtının səmərəli təşkili ilə maraqlanıblar və bu gün Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə olublar.

UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun, müəllimlərin və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti qəbul edilərək nəfis kitabça şəklində çap olunub. Hər bir əsgərə paylanan bu cib kitabçaları Azərbaycan əsgərinin döyüş ruhunu, vətənpərvərlik hissini daha da yüksəldəcək, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə inamını daha da artıracaq, Ali Baş Komandanın əmrlərinə hər an hazır Azərbaycan əsgərinə mənəvi dəstək olacaq.

Döyüşlərdə, təlimlərdə və hərbi xidmətdə fərqlənən hərbi qulluqçular üçün xüsusi sovqatlar, mükafatlar və döş nişanları da təqdim edilib. Hərbi hissə kitabxanalarına kitab dəstləri, zəruri təşviqat vasitələri hədiyyə edilib.

“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının birinci qrupunu Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani müşayiət edib. Tədbir incəsənət və mədəniyyət xadimlərinin iştirakı ilə davam edib.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: UNEC   MN   Tədbir  

UNEC-in təşəbbüsü ilə hərbi hissədə tədbir keçirilib - FOTOLAR

2019/05/61158-9352796796.jpg
Oxunub: 1113     18:44     25 May 2019    